Tarix:22/02/17
Memoranduma əsasən, hər iki qurum arasında əməkdaşlıq Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın təsvirlərindən istifadə etməklə, torpaqların elektron kadastr uçotu məlumatlarının, habelə torpaq sahələrinin və yaşayış məntəqələrinin Elektron Kadastr Məlumat bazasının periodik yenilənməsi üçün ortofotoplanların hazırlanması, torpaqların təyinatı üzrə istifadəsinə nəzarətin həyata keçirilməsi, kəmiyyət və keyfiyyət göstəricilərində baş vermiş dəyişikliklərin tədqiqi üzrə monitorinqlərin aparılması, torpaq ehtiyatlarının mühafizəsi, torpaqların eroziyasınin və səhralaşmanın analizi (spektral analizlər) sahələrini əhatə edəcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərkosmos” ASC qarşısında “Azersky” peykindən istifadə etməklə ölkəmiz üçün yeni imkanlar və inkişaf perspektivlərinin yaradılması hədəfi qoyulub. “Azərkosmos” ASC bu istiqamətdə müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edir və ƏMDK ilə əməkdaşlıq bu siyahıda mühüm yer tutur.
Qeyd edək ki, torpaqların elektron uçotu və kadastrının tərtibi ilə bağlı iki qurum arasında əməkdaşlıq hələ ötən ildən başlanıb. 2016-cı ildə Sumqayıt şəhərinin kadastr məlumatlarının yenilənməsi işlərində “Azərkosmos” ASC ƏMDK-ya stereo təsvirlər təqdim edib. Bu təsvirlərə istinadən qısa müddətdə yeni tikililər və digər dəyişikliklər təsbit olunaraq vektorlaşdırılıb, çöl işləri yerinə yetirilib və əldə olunan məlumatlar Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yenilənməsi üçün istifadə olunub.
Bu gün imzalanan Əməkdaşlıq haqqında Anlaşma Memorandumu hər iki qurum arasında qurulan əlaqələrin daha da inkişafına yeni imkanlar açacaq.
“Azərkosmos” və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
Cənubi Qafqazın yeganə peyk operatoru olan “Azərkosmos” ASC ilə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti arasında “Azərbaycanda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasında Kosmik Müşahidə peyk xidmətlərindən istifadə” edilməsinə həsr olunmuş tədbir zamanı Anlaşma Memorandumu imzalanıb.Memoranduma əsasən, hər iki qurum arasında əməkdaşlıq Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın təsvirlərindən istifadə etməklə, torpaqların elektron kadastr uçotu məlumatlarının, habelə torpaq sahələrinin və yaşayış məntəqələrinin Elektron Kadastr Məlumat bazasının periodik yenilənməsi üçün ortofotoplanların hazırlanması, torpaqların təyinatı üzrə istifadəsinə nəzarətin həyata keçirilməsi, kəmiyyət və keyfiyyət göstəricilərində baş vermiş dəyişikliklərin tədqiqi üzrə monitorinqlərin aparılması, torpaq ehtiyatlarının mühafizəsi, torpaqların eroziyasınin və səhralaşmanın analizi (spektral analizlər) sahələrini əhatə edəcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərkosmos” ASC qarşısında “Azersky” peykindən istifadə etməklə ölkəmiz üçün yeni imkanlar və inkişaf perspektivlərinin yaradılması hədəfi qoyulub. “Azərkosmos” ASC bu istiqamətdə müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edir və ƏMDK ilə əməkdaşlıq bu siyahıda mühüm yer tutur.
Qeyd edək ki, torpaqların elektron uçotu və kadastrının tərtibi ilə bağlı iki qurum arasında əməkdaşlıq hələ ötən ildən başlanıb. 2016-cı ildə Sumqayıt şəhərinin kadastr məlumatlarının yenilənməsi işlərində “Azərkosmos” ASC ƏMDK-ya stereo təsvirlər təqdim edib. Bu təsvirlərə istinadən qısa müddətdə yeni tikililər və digər dəyişikliklər təsbit olunaraq vektorlaşdırılıb, çöl işləri yerinə yetirilib və əldə olunan məlumatlar Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yenilənməsi üçün istifadə olunub.
Bu gün imzalanan Əməkdaşlıq haqqında Anlaşma Memorandumu hər iki qurum arasında qurulan əlaqələrin daha da inkişafına yeni imkanlar açacaq.
Baxış sayı: 796
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı