12px13px15px17px
Tarix:03/10/11

Ən populyar internet səyyahı hansıdır?

“Net Applications” şirkəti səyyahların sentyabr ayı üzrə nəticələrini təqdim edib. “İnternet Explorer” səyyahı ən məşhur veb-səyyah olaraq qalsa da, lakin mövqeyi getdikcə zəifləyir.

Belə ki, keçən ay ərzində onun bazardakı payı 55,3%-dən 54,4%-ə qədər aşağı düşüb. Müqayisə üçün: 2010-cu ilin sentyabr ayında “İE” səyyahının bazar payı 61,5% təşkil edib.

İkinci yerdə 22,5% bazar payı ilə “Firefox” səyyahı qərarlaşıb. 1 il əvvəl bu göstərici 23,7%-ə bərabər idi.

16,2% göstərici ilə “Chrome” səyyahı üçlüyü tamamlayır. 1 il ərzində “Google” şirkəti səyyahının bazar payı 2 dəfə artıb; analitiklər hesab edirlər ki, səyyah 2012-ci ilədək bazarın 20%-ni tuta bilər.

Sonrakı yerlərdə müvafiq olaraq 5,0 və 1,7% göstərici ilə “Apple Safari” və “Opera” səyyahları yerləşiblər. 2010-cu ilin sentyabr ayında bu səyyahların bazardakı payları müvafiq olaraq 3,9 və 2,4% təşkil edib.



Baxış sayı: 1565

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024