12px13px15px17px
Tarix:25/02/17

ABŞ ərazisində dünyada ilk “5G” şəbəkəsi istifadəyə verilib

ABŞ ərazisində “5G” rabitə standartı üçün dünyada ilk kommersiya şəbəkəsi istifadəyə verilib. Müvafiq texnologiya infrastrukturu “Verizon Communications” operatoru tərəfindən yaradılıb.
 
"5G şəbəkələri artıq adi reallıqdır. Başqa operatorlar “5G” rabitə standartına keçid haqqında düşünərkən biz ABŞ-ın 11 şəhərində yeni nəsil rabitə şəbəkəsini işə salmışıq" – “Verizon Communications” korporasiyasının nümayəndələri deyiblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən yazır ki, “Verizon” şirkətindən bildirilib ki, ABŞ-da “5G” şəbəkəsi test rejimində işləyir: yəni yüksəksürətli məlumatların ötürülməsi zamanı qeyri-sabitlik müşahidə oluna bilər. Bununla belə “5G” şəbəkəsinin işi hər ötən gün daha da sabitləşir.
 
“5G” kommersiya şəbəkəsi məlumatları saniyədə 10 qiqabit sürətlə ötürməyə imkan verir.
 
Mütəxəssislər əmindirlər ki, “5G” interneti ən yeni texnologiyaların inkişafına güclü təkan verəcək.
 
Emil Hüseynov




Baxış sayı: 507

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024