Tarix:27/02/17
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, istifadəçi və stansiya arasında məlumatların ötürülməsi üzrə gecikmə 1 milli-saniyə (“LTE” şəbəkəsində bu göstərici 20 ms-dir) təşkil edəcək. Bir stansiyanın əhatə zonasından digərinin əhatə zonasına keçid zamanı qoşulmada kəsilmə qeydə alınmayacaq. “5G” şəbəkəsi 1 kvadrat km ərazidə eyni anda internetə qoşulmuş 1 milyon qurğu ilə eyni anda əlaqəni dəstəkləyəcək. “5G” standartı yalnız smartfon və planşetlər üçün deyil, həm də “əşyalar interneti” konsepsiyasını dəstəkləyən bütün cihazlar, "ağıllı" işıqforlar, həmçinin simsiz modullarla təchiz edilmiş müasir avtomobillər üçün aktualdır.
“5G” şəbəkələrində, məsələn, yüksəksürətli qatarda hərəkət zamanı zəng etmək mümkün olacaq. “5G” standartına keçid enerji istehlakında özünü göstərəcək: radio qurğu minimum gecikmə ilə enerjiyə qənaət edən rejimə keçə biləcək: idealda 4 ms, gündəlik işlər zamanı 10 ms. “LTE” şəbəkəsində işləyən qurğular enerjiyə qənaət rejiminə 20 ms gecikmə ilə keçid edirlər.
Bütün spesifikasiyaların yekun versiyası cari ilin noyabrında təsdiq edilərək dərc ediləcək.
Emil Hüseynov
“5G” şəbəkəsinin yekun spesifikasiyası dərc edilib
Rabitə standartlarını hazırlayan və təsdiq edən Beynəlxalq Telekommunikasiya İttifaqı (“International Telecommunication Union”) dünyada “5G” kimi tanınan “MT-2020” şəbəkəsi üçün spesifikasiyaların yekun versiyasını dərc edib. İdealda bütün göstəricilər “4G LTE” və “LTE-Advanced” şəbəkələrinin müvafiq parametrlərini xeyli geridə qoyur. Mobil üçün maksimum yükləmə sürəti 20 Qbit/s (“4G” şəbəkəsində bu göstərici 1 Qbit/s təşkil edir), serverə maksimum yükləmə sürəti isə 10 Qbit/s təşkil edir, istifadəçi isə hava və ərazidən asılı olmayaraq məlumatları müvafiq olaraq 100 və 50 Mbit/s ilə qəbul edə və ötürə biləcək.“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, istifadəçi və stansiya arasında məlumatların ötürülməsi üzrə gecikmə 1 milli-saniyə (“LTE” şəbəkəsində bu göstərici 20 ms-dir) təşkil edəcək. Bir stansiyanın əhatə zonasından digərinin əhatə zonasına keçid zamanı qoşulmada kəsilmə qeydə alınmayacaq. “5G” şəbəkəsi 1 kvadrat km ərazidə eyni anda internetə qoşulmuş 1 milyon qurğu ilə eyni anda əlaqəni dəstəkləyəcək. “5G” standartı yalnız smartfon və planşetlər üçün deyil, həm də “əşyalar interneti” konsepsiyasını dəstəkləyən bütün cihazlar, "ağıllı" işıqforlar, həmçinin simsiz modullarla təchiz edilmiş müasir avtomobillər üçün aktualdır.
“5G” şəbəkələrində, məsələn, yüksəksürətli qatarda hərəkət zamanı zəng etmək mümkün olacaq. “5G” standartına keçid enerji istehlakında özünü göstərəcək: radio qurğu minimum gecikmə ilə enerjiyə qənaət edən rejimə keçə biləcək: idealda 4 ms, gündəlik işlər zamanı 10 ms. “LTE” şəbəkəsində işləyən qurğular enerjiyə qənaət rejiminə 20 ms gecikmə ilə keçid edirlər.
Bütün spesifikasiyaların yekun versiyası cari ilin noyabrında təsdiq edilərək dərc ediləcək.
Emil Hüseynov
Baxış sayı: 531
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib