12px13px15px17px
Tarix:02/03/17

Elektron Hökumət Təlim-Tədris Mərkəzində “Qadınların İKT sahəsində rolu” mövzusunda tədbir keçiriləcək

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Elektron Hökumət Təlim-Tədris Mərkəzində qadınlar üçün "Qadınların İKT sahəsində rolu" mövzusunda tədbir keçiriləcək.

Ölkəmizin bütün sahələrində olduğu kimi, dinamik və rəqabətli İKT sektorunun inkişafında xidmət göstərən peşəkar qadınların aparıcı rolu əvəzsizdir. Bütün dünyada olduğu kimi, ölkəmizdə də xanımların İKT sahəsində uğur qazanmaqları üçün geniş imkanlar yaradılır və bunun üçün onlara lazımi dəstək verilir.

Tədbir xanımların İKT sahəsinə marağının yaradılması və bu sahədə karyera qurmaq imkanlarının təbliği məqsədilə təşkil edilir. Tədbirdə uğur qazanmış qadınların və məşhur qadın startapçılarının təqdimatları nəzərdə tutulub.

Bu sahədə ilk addımlarını atan xanımlar tədbirə qatılmaqla uğur qazanmağın yollarını öyrənəcəklər.
Eyni zamanda, Gəncədə fəaliyyət göstərən xanımlar Elektron Hökumət Təlim-Tədris Mərkəzinin Gəncədə yerləşən regional mərkəzində iştirak etməklə telekonfrans vasitəsilə tədbirə qatılmaq imkanı qazanacaqlar.

Tədbir 7 mart saat 14:00-da başlayacaq. İKT sahəsinə marağı olan xanımlar tədbirə dəvətlidir.

Ünvan: Şərifzadə küçəsi 241. Telefon: (012) 505 01 13, (077) 505 01 13. E-mail: telim@mincom.gov.az




Baxış sayı: 568

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024