Tarix:02/03/17
“ICTnews” Elektron Xəbər Xidməti “IT Weekly” resursuna istinadən yazır ki, şirkətin proqnozuna görə, 2017-ci ildə dünya İT bazarının həcmi 2,4 trilyon dollar təşkil edəcək ki, bu da 2016-cı illə müqayisədə 3,5 faiz çoxdur. 2020-ci ildə dünya İT xərcləri 2,65 trilyon dollar səviyyəsində gözlənilir.
Mədaxilin təxminən 20 faizi istifadəçi seqmentində əldə olunacaq. Bununla belə, seqmentdə 2020-ci ilədək illik artım 0,3 faiz olmaqla gözlənilmir.
“IDC” analitikləri qeyd edirlər ki, dünyada dövlət qurumlarının İT xərcləri stabilləşdiyi halda təhsil müəssisələri tərəfindən netbuklara tələbat sabit şəkildə yüksəlir. Həmçinin korporativ istifadəçilər üçün planşetlərin satışında artım müşahidə edilir.
Məlumata görə, coğrafi baxımdan iri İT istehlakçısı Şimali Amerika olaraq qalır və dünya İT xərclərinin 40 faizi bu regionun payına düşür. Qərbi Avropanın payı 20 faizdən bir qədər çox, Yaponiya istisna olmaqla Asiya-Sakit okean regionunun 20 faizdən az olacaq. İT bazarının illik artımı 4 faiz səviyyəsində proqnozlaşdırılır. Bununla belə, bazarın maksimal artımı Cənubi Amerikada (illik +5,3 faiz) müşahidə ediləcək.
Bu il ABŞ-da İT bazarının həcmi 920 milyard dollar təşkil edəcək və 2020-ci ilədək bu rəqəmin 1 trilyon dolları ötəcəyi gözlənilir.
Nizam Nuriyev
Dünya İT xərclərinin həcmi məlum olub
“IDC” analitik şirkəti 2020-ci ilədək dünya informasiya texnologiyaları (İT) bazarında illik artımın 3,3 faiz təşkil edəcəyini proqnozlaşdırır. Bazarın həcminin artmasına maliyyə servisləri (bank, sığorta və investisiya xidmətləri) və sənaye istehsalı (diskret və prosesli) kimi sahələr dəstək verəcək və dünya İT xərclərinin 30 faizi bu iki sahənin payına düşəcək. Proqnozlaşdırılan müddət üçün digər böyük İT istehlakçısının telekommunikasiya şirkətləri, dövlət müəssisələri və səhiyyənin olacağı bildirilir.“ICTnews” Elektron Xəbər Xidməti “IT Weekly” resursuna istinadən yazır ki, şirkətin proqnozuna görə, 2017-ci ildə dünya İT bazarının həcmi 2,4 trilyon dollar təşkil edəcək ki, bu da 2016-cı illə müqayisədə 3,5 faiz çoxdur. 2020-ci ildə dünya İT xərcləri 2,65 trilyon dollar səviyyəsində gözlənilir.
Mədaxilin təxminən 20 faizi istifadəçi seqmentində əldə olunacaq. Bununla belə, seqmentdə 2020-ci ilədək illik artım 0,3 faiz olmaqla gözlənilmir.
“IDC” analitikləri qeyd edirlər ki, dünyada dövlət qurumlarının İT xərcləri stabilləşdiyi halda təhsil müəssisələri tərəfindən netbuklara tələbat sabit şəkildə yüksəlir. Həmçinin korporativ istifadəçilər üçün planşetlərin satışında artım müşahidə edilir.
Məlumata görə, coğrafi baxımdan iri İT istehlakçısı Şimali Amerika olaraq qalır və dünya İT xərclərinin 40 faizi bu regionun payına düşür. Qərbi Avropanın payı 20 faizdən bir qədər çox, Yaponiya istisna olmaqla Asiya-Sakit okean regionunun 20 faizdən az olacaq. İT bazarının illik artımı 4 faiz səviyyəsində proqnozlaşdırılır. Bununla belə, bazarın maksimal artımı Cənubi Amerikada (illik +5,3 faiz) müşahidə ediləcək.
Bu il ABŞ-da İT bazarının həcmi 920 milyard dollar təşkil edəcək və 2020-ci ilədək bu rəqəmin 1 trilyon dolları ötəcəyi gözlənilir.
Nizam Nuriyev
Baxış sayı: 499
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır