12px13px15px17px
Tarix:02/03/17

2017-ci ildə “əşyalar interneti” qurğularının sayı planet əhalisinin sayını ötəcək

2017-ci ilin sonuna dünyada internetə çıxışa malik təxminən 8.4 milyard “əşyalar interneti” qurğusu mövcud olacaq. “Gartner” şirkətinin yeni araşdırmasına əsasən, bu, bir il ərzində 31% artım deməkdir. 8,4 milyard qurğudan təxminən 63%-i istehlakçılar tərəfindən istifadə olunacaq, yerdə qalan 37%-i isə biznes mühitində qurulacaq və tətbiq ediləcək.

Tədqiqatçılar ümid edirlər ki, 2020-ci ilədək olan dövrdə internetə çıxışa malik qurğuların sayı ildə orta hesabla 35% artacaq. Beləliklə, 2020-ci ilədək belə qurğuların sayı 20,4 milyardı ötəcək. 2017-ci ildə “əşyalar interneti” qurğuları və onlarla bağlı xidmətlərin satın alınmasına çəkilmiş xərclərin həcmi 2 trilyon dollara yaxınlaşacaq. Çin, Şimali Amerika və Qərbi Avropa bu bazarın əsas inkişaf regionları olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “data.cnews.ru” saytına istinadən yazır ki, "istehlak qurğuları ən populyar olaraq qalır. Cari ildə istehlak qurğularının sayı 5,2 milyard təşkil edəcək. İstehlakçılar üçün avtomobillər, "ağıllı" televizorlar, rəqəmli TV konsollar “əşyalar interneti” qurğularının əsas tipi olaraq qalır. Eyni zamanda biznes seqmentində "ağıllı" elektron çəki və videomüşahidə kameraları daha böyük populyarlığa malikdir" – hesabatda yazılıb.

Gözləntilərə görə, 2018-ci ilədək internet çıxışına malik “əşyalar interneti”  qurğularının ümumi sayı 11,19 milyarda yaxınlaşacaq. Dünyada bir sıra biznes həllərin (fiziki təhlükəsizlik sistemləri və girişə nəzarət, istilik, ventilyasiya və kondisiyalaşdırma sistemləri) tətbiqinin artması sayəsində 2018-ci ildə bu qurğuların populyarlığının artımı qeydə alınmalıdır.

Analitiklərin proqnozuna görə, 2020-ci ildə “əşyalar interneti” sahəsində istehlak qurğuları əvvəlki kimi liderlik edəcək. 2020-ci ilə belə qurğuların sayı 12,86 milyard təşkil etməlidir, halbuki biznesin müxtəlif sahələrində tətbiq edilən qurğuların sayı 2017-ci ildə 1,64-dən 2020-ci ildə 3,17 milyardadək artacaq.

Emil Hüseynov




Baxış sayı: 348

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Oktyabr 2017

21/10/17
Bu il kompüter qurğuları bazarında cüzi azalma gözlənilir

“Gartner” analitik şirkəti dünya kompüter qurğuları bazarı (masaüstü sistem, noutbuk, ultrabuk və planşetlər

21/10/17
“Android” əlavələrində səhvlər aşkarlayan tədqiqatçılar mükafatlandırılacaq

“Google” şirkəti “Play Store” mağazasında populyar “Android” əlavələrində boşluqlar aşkarlayan tədqiqatçıla

21/10/17
Dörd nəhəng texnoloji şirkət internetdə terrorizmlə mübarizə aparacaq

“Microsoft”, “Facebook”, “Twitter” və “Google” şirkətləri internetdə terrorçuluq kontenti ilə

21/10/17
Mühafizəli “Samsung Galaxy Tab Active 2” planşeti təqdim olunub

“Samsung Electronics” şirkəti mühafizəli “Galaxy Tab Active” planşet kompüterinin ikinci nəslini təqdim edib.

20 10 2017

20/10/17
“iOS 11” sisteminin bazar payı azalmağa başlayıb

Real vaxt rejimində “iOS” sistemi ilə işləyən elektronikanın statistikasını izləyən “Mixpanel” servisinin 

20/10/17
“Google Play” proqramları quraşdırmazdan öncə onları yoxlamağa imkan verəcək

“Google Play” proqramlar mağazasında istifadəyə verilmiş yeni “Instant Apps” funksiyası smartfona 

20/10/17
Elektron imzanın rəqəmsal ticarətdə perspektivləri genişlənir

Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşəbbüsü ilə Bakıda 

20/10/17
Qlobal kibertəhlükəsizlik xərclərinin illik artımı nə qədər olacaq?

“International Data Corporation” (IDC) analitik şirkəti 2021-ci ildə dünyada informasiya təhlükəsizliyi 

20/10/17
İKT sənayesində sürətli artım gözlənilir

“International Data Corporation” (IDC) analitik şirkəti dünya informasiya-kommunikasiya texnologiyaları 

20/10/17
“5G” şəbəkələri üçün marşrutlayıcının uğurlu sınaqları keçirilib

“Huawei” şirkəti “Slicing” (servis təbəqələrinə bölünmə) və “50GE Flexible Ethernet” (FlexE) texnologiya

20/10/17
Almaniyada robot poçtalyonlar bağlamaları çatdıracaqlar

Bad-Hersfeld şəhərinin meri eksperimental infrastruktur layihəsinin reallaşdırılmasına yaşıl işıq yandırıb. 

20/10/17
İlk üzən elektrostansiya istifadəyə verilib (VİDEO)

Norveçin “Statoil” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri Şotlandiyanın Aberdinşir vilayəti sahilində

20/10/17
“Microsoft” şirkəti ikinci nəsil “Surface Book” hibrid planşetlərini təqdim edib

“Microsoft” şirkətinin nümayəndələri iddia edirlər ki, “Surface Book” hibrid planşetlərinin ikinci nəsli