Tarix:07/03/17
“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, hesablamalarda dezoksiribinuklein turşusu molekullarından istifadə etmək ideyası ilk dəfə 1994-cü ildə səsləndirilib. Klassik silisiumla müqayisədə bu texnologiya bir sıra üstünlüklərə malikdir. Ən vacib üstünlük özünü kopyalamaq imkanıdır. Bu o deməkdir ki, dezoksiribinuklein turşusu əsasında işləyən kompüter eyni zamanda ixtiyari sayda hesablamalar yerinə yetirə bilər ki, bu da mürəkkəb məsələlərin həllində çox mühümdür.
Məsələn, adi kompüter milyard hesablamanı bir-birinin ardınca yerinə yetirdiyi halda dezoksiribinuklein turşusu əsasında işləyən kompüter, sadəcə, özünün milyard surətini yaradaraq bütün hesablamaları, eyni zamanda, yerinə yetirəcək.
Bu, gələcəkdə öz imkanlarına görə indiki kompüterləri geridə qoyacaq yeni kompüterlər sinfinin yaranmasına səbəb olacaq.
Emil Hüseynov
Alimlər dezoksiribinuklein turşusu əsasında işləyən inqilabi kompüter yaradıblar
Mançester Universitetində çalışan alimlərin kəşfi daha səmərəli kompüterlərin yaradılmasına səbəb ola bilər. Alimlər tərəfindən hazırlanmış özünü kopyalayan kompüterdə hesablamaların aparılması üçün dezoksiribinuklein turşusu (DNT) molekullarından istifadə edilir.“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, hesablamalarda dezoksiribinuklein turşusu molekullarından istifadə etmək ideyası ilk dəfə 1994-cü ildə səsləndirilib. Klassik silisiumla müqayisədə bu texnologiya bir sıra üstünlüklərə malikdir. Ən vacib üstünlük özünü kopyalamaq imkanıdır. Bu o deməkdir ki, dezoksiribinuklein turşusu əsasında işləyən kompüter eyni zamanda ixtiyari sayda hesablamalar yerinə yetirə bilər ki, bu da mürəkkəb məsələlərin həllində çox mühümdür.
Məsələn, adi kompüter milyard hesablamanı bir-birinin ardınca yerinə yetirdiyi halda dezoksiribinuklein turşusu əsasında işləyən kompüter, sadəcə, özünün milyard surətini yaradaraq bütün hesablamaları, eyni zamanda, yerinə yetirəcək.
Bu, gələcəkdə öz imkanlarına görə indiki kompüterləri geridə qoyacaq yeni kompüterlər sinfinin yaranmasına səbəb olacaq.
Emil Hüseynov
Baxış sayı: 498
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır