Tarix:04/10/11
İsrailin “Globes” nəşrinin məlumatına əsasən, sazişin dəyəri təxminən 300 milyon dollar təşkil edir.
“Reuters” dəqiqləşdirib ki, saziş ilin sonuna kimi bağlanacaq. Bütün prosedurların tamamlanmasından sonra “Telmap” şirkəti sərbəst bölmə kimi “İntel” tərkibinə daxil olacaq və öz indiki adını saxlayacaq.
“Telmap” şirkətinin rəhbəri Oren Nissim qeyd edib ki, “İntel”in dəstəyi ilə şirkət digər istehsalçıların mövcud mobil kartlarına rəqabət təşkil edəcək məhsul yaratmaq niyyətindədir.
“İntel” isə öz növbəsində bildirib ki, “Telmap” hazırlamalarını “AppUp” proqram mağazası ilə əməkdaşlıq edən digər şirkətlər də istifadə edə biləcəklər. “İntel” şirkəti mağazanı 2010-cu ildə açıb.
“Telmap” şirkətinin əsası 2000-ci ildə qoyulub. Onun ən populyar məhsullarından biri - piyada və avtomobil naviqasiyası üçün “Telmap Navigator” proqramıdır. Proqram bir neçə mobil platforma üçün çıxarılır.
“İntel” şirkəti İsrailin mobil kart istehsalçısını alıb
Dünyanın ən böyük mikroprosessor istehsalçısı olan “İntel” şirkəti İsrailin “Telmap” şirkətini alıb. “Telmap” şirkəti kartlar, naviqasiya proqramları və mobil qurğular üçün geolokasiya xidmətləri hazırlayır.İsrailin “Globes” nəşrinin məlumatına əsasən, sazişin dəyəri təxminən 300 milyon dollar təşkil edir.
“Reuters” dəqiqləşdirib ki, saziş ilin sonuna kimi bağlanacaq. Bütün prosedurların tamamlanmasından sonra “Telmap” şirkəti sərbəst bölmə kimi “İntel” tərkibinə daxil olacaq və öz indiki adını saxlayacaq.
“Telmap” şirkətinin rəhbəri Oren Nissim qeyd edib ki, “İntel”in dəstəyi ilə şirkət digər istehsalçıların mövcud mobil kartlarına rəqabət təşkil edəcək məhsul yaratmaq niyyətindədir.
“İntel” isə öz növbəsində bildirib ki, “Telmap” hazırlamalarını “AppUp” proqram mağazası ilə əməkdaşlıq edən digər şirkətlər də istifadə edə biləcəklər. “İntel” şirkəti mağazanı 2010-cu ildə açıb.
“Telmap” şirkətinin əsası 2000-ci ildə qoyulub. Onun ən populyar məhsullarından biri - piyada və avtomobil naviqasiyası üçün “Telmap Navigator” proqramıdır. Proqram bir neçə mobil platforma üçün çıxarılır.
Baxış sayı: 1310
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır