12px13px15px17px
Tarix:09/03/17

“Qadınların İKT sahəsində rolu”

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində (EHTTM) 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə "Qadınların İKT sahəsində rolu" mövzusunda tədbir keçirilib. Bakı və Gəncə şəhərindən 50-yə yaxın gənc xanımın qatıldığı tədbir qadınların İKT sahəsinə marağının yaradılması və bu sahədə karyera qurmaq imkanlarının təbliği məqsədi daşıyıb.
  
Tədbirdə Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabbarov nazirliyin xanımlar üçün təqdim etdiyi üstünlüklər, eləcə də  EHTTM tərəfindən reallaşdırılan təlimlərlə bağlı məlumat verib.
 
Daha sonra İKT sahəsində uğur qazanmış qadınlar, o cümlədən "Femmes Digitales" klubunun təsisçilərindən Səbinə Məmmədli və Şəbnəm Məmmədova, "MONT Azərbaycan" şirkətinin prezidenti Günel Səfərəliyeva, "WoWoman" klubunun nümayəndəsi Kəmalə İsmayılova, gənclər təşkilatlarının nümayəndələri Aygün Həsənzadə və Səmayə İbrahimova təqdimatlarla çıxış ediblər.
 
Tədbirin təşkilinə dəstək verən "Gənc sahibkarlar şəbəkəsi" təşkilatının rəhbəri Xəyalə Məmmədova isə qadınların sahibkarlıq imkanları, eləcə də İKT sahəsində uğur qazanmış qadın startapçılar haqda məlumat verib.
 
Gəncədən telekonfrans vasitəsilə tədbirə qoşulan xanımlar onlar üçün yaradılan bu imkandan məmnun olduqlarını bildiriblər.
 
Tədbirin sonunda tərəfdaş təşkilatlar tərəfindən xanımlara hədiyyələr təqdim edilib. 












Baxış sayı: 694

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024