12px13px15px17px
Tarix:04/10/11

“Google Maps” xəritəsinə marşruta baxışın “3D” rejimi əlavə edilib (VİDEO)

“Google Maps”-da ən populyar funksiyalardan biri A məntəqəsindən B məntəqəsinə hərəkət trayektoriyasının təyin edilməsidir.

Ondan həm piyadalar, həm də müxtəlif nəqliyyat vasitələrinin sürücüləri istifadə edirlər. Veb- xidmətin mühəndisi Pol Yanq bildirib ki, buna görə istifadəçi əgər o yolun üzərindən vertolyotla uçsa, ona yol ilə tanış olmaq imkanı verməyə qərar verilib.

Artıq “Google Maps”-ın müvafiq bölməsində “3D” düyməsi yerləşib, başlanğıc və son nöqtəni seçib “3D” düyməsinə sıxdıqda həmin yolu sanki helikopterlə gəzirsiniz.

Virtual vertolyotun hərəkətini istənilən vaxt dayandırmaq və ətraf yerlərə kartın bu və ya digər hissəsini böyüdərək də baxmaq olar. İstənilən an “2D” rejiminə qayıtmaq imkanı da var. Vertolyotun uçduğu yol sahəsi sol paneldə seçilir. Funksiya sentyabr ayının 30-da daxil edilib. Onunla iş üçün “Google Earth” plaqinini qurmaq lazımdır.





Baxış sayı: 1142

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024