Tarix:28/03/17
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, texnologiyanın mahiyyəti sürətin xeyli artırılmasını təmin edən kvadratura modulyasiyasının tətbiqindən ibarətdir. Nyu-York və İrlandiya arasında uzunluğu 5471 km təşkil edən kommersiya optik-lif kanalında keçirilən testlərdə kommersiya xətlərində sürəti 200 giqabit/saniyəyədək artırmaq mümkün olub, eksperimental şəbəkədə isə sürət 250 giqabit/saniyəyədək yüksəlib. Kvadratura modulyasiyası potensial baxımdan maksimum sürəti optik-lif həddinə çatdırmaq iqtidarındadır. Gələcəkdə “Facebook” və “Nokia” optik-lif rabitə kanalı ilə məlumatların ötürülmə sürətini saniyədə 32 terabitədək artırmağı planlaşdırırlar.
Nizam Nuriyev
Yeni texnologiya optik-lif rabitə kanallarından daha effektiv istifadəyə imkan verəcək
İnternet şəbəkəsində ötürülən məlumatların həcminin hər ay artması ilə əlaqədar olaraq mütəxəssislər qitələr arasında trafikin çatdırılması üçün yeni üsullar axtarmaq məcburiyyətində qalırlar. Hazırda iki belə üsul mövcuddur. Birincisi, bahalı peyk interneti, digəri transokean optik-lif magistralıdır. Onların sayı durmadan artır, lakin problem kabel magistrallarının çəkilişinin çox zəif getməsi və baha olmasındadır. “Facebook” və “Nokia” şirkətləri ayrı-ayrı rabitə kanallarının məhsuldarlığının artırılması üsulunu kəşf edərək onların buraxılış qabiliyyətini təxminən 2,5 dəfə artırmağa nail olublar. Texnologiyanın geniş tətbiqi sayəsində artıq çəkilmiş optik-lif rabitə kanallarından daha effektiv istifadə mümkün olacaq.“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, texnologiyanın mahiyyəti sürətin xeyli artırılmasını təmin edən kvadratura modulyasiyasının tətbiqindən ibarətdir. Nyu-York və İrlandiya arasında uzunluğu 5471 km təşkil edən kommersiya optik-lif kanalında keçirilən testlərdə kommersiya xətlərində sürəti 200 giqabit/saniyəyədək artırmaq mümkün olub, eksperimental şəbəkədə isə sürət 250 giqabit/saniyəyədək yüksəlib. Kvadratura modulyasiyası potensial baxımdan maksimum sürəti optik-lif həddinə çatdırmaq iqtidarındadır. Gələcəkdə “Facebook” və “Nokia” optik-lif rabitə kanalı ilə məlumatların ötürülmə sürətini saniyədə 32 terabitədək artırmağı planlaşdırırlar.
Nizam Nuriyev
Baxış sayı: 618
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib