12px13px15px17px
Tarix:04/04/17

“Elektron hökumət” mövzusunda tələbələr üçün növbəti seminar keçirilib

“Elektron hökumət” portalının operatoru - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Elektron Hökumət Təlim-Tədris Mərkəzi ilə birlikdə tələbələr üçün növbəti seminar keçirib.

Seminarlar gələcək mütəxəssisləri İKT sahəsində karyera seçimləri, həmçinin “Elektron hökumət”, elektron xidmətlər, elektron imza, elektron sənəd və s. barədə məlumatlandırmaq məqsədi daşıyır.

Bu dəfə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri üçün keçirilən seminarda ADPU-nun Kompüter Mərkəzinin direktoru İlham Əhmədov bütün dünyada olduğu kimi, ölkəmizdə də İKT sahəsinə xüsusi önəm verildiyini bildirib. Mərkəz rəhbəri ölkədə İKT-nin sosial sahəyə tətbiqinin 2003-2012-ci illəri əhatə edən Milli Strategiyadan başladığını vurğulayıb.

Elektron Hökumət Təlim-Tədris Mərkəzinin (EHTTM) direktor vəzifəsini icra edən Rauf Cabbarov da İT sahəsinin malik olduğu üstünlüklər və sahənin inkişafı üzrə proqnozlardan söz açıb. R.Cabbarov EHTTM-nin bu istiqamətdə fəaliyyəti, o cümlədən həyata keçirdiyi layihələr haqda ətraflı məlumat verib.

Daha sonra seminarda “Elektron hökumət” portalının rolunu əks etdirən təqdimat nümayiş olunub. Məlumat Hesablama Mərkəzinin mühəndisi Elvin Cəfərli portalın yaradılması, inkişafı və vətəndaşlara təqdim etdiyi xidmətlərdən danışıb. Elektron sənəd mübadiləsindən söz açan mütəxəssis elektron imzanın üstünlükləri barədə gənclərə məlumat verib.

Mövzular üzrə müxtəlif təqdimatlarla davam edən seminar sual-cavab və müzakirələrlə yekunlaşıb.













Baxış sayı: 529

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024