Tarix:05/10/11
Şirkətdən verilən məlumata görə, dünya iqtisadi nəşrləri sırasında ən məşhur dərgilərdən olan "The Economist"in təşkilatçılığı ilə baş tutan toplantıda 20-dən artıq ölkənin təmsilçiləri bir araya gəlib.
Təqdirəlayiq haldır ki, bu cür beynəlxalq səviyyəli, dünya şirkətlərinin təmsil olunduğu konfransın sponsorlarından biri Azərbaycanda fəaliyyət göstərən Azercell şirkəti olub. Tədbir zamanı şirkətin prezidenti Ali Ağan "Şərqi Avropa: yeni imkanlar necə və harada tapılmalıdır" mövzusunda məruzə edib.
Ali Ağan çıxışına başlayarkən əvvəlcə çalışdığı Azərbaycanın Respublikasının gənc müstəqil ölkə olmasına baxmayaraq, iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayıb.
O, həmçinin, Dünya Bankının 2008-ci il üçün hesabatına uyğun olaraq Azərbaycanın adambaşına düşən gəlir üzrə ən sürətli artım müşahidə edilən ölkə olduğunu bildirib. Ali Ağan qeyd edib ki, Azərbaycanda dövlət tərəfindən informasiya texnologiyaları sahəsinə xüsusi diqqət yetirilir.
Şirkətin həyata keçirdiyi yeniliklərdən danışarkən Azercell-in kontur sistemindən manat sisteminə keçidi abonentlərə öz mobil rabitə xərclərini daha yaxşı planlaşdırmaq imkanını yaratdığını, alıcılara ən yaxşı variantı seçmək məqsədilə onlayn rejimində işləyən tarif kalkulyatorunun, onlayn müştəri xidmətinin yaradıldığını qeyd edib.
İnsan qaynaqları sahəsində görülən işlərlə bağlı Azercell-in yerli universitetlərlə birgə reallaşdırdığı texniki universitetlərin birində Mobil Texnologiya kurslarını və 3G laboratoriyası, Barama İnnovasiya Mərkəzinin yaradılması barədə söhbət açıb.
Ağan ümumilikdə maliyyə mənbələrinin çatışmaması və insan qaynaqlarının saxlanması kimi mürəkkəb məsələlərin həlli ilə bağlı əldə olunan uğurlardan, sosial mediadan istifadənin gücləndirilməsi, bununla reklama çəkilən xərclərin azaldılması, reklamın konkret auditoriyaya yönəlməsinin təmin olunduğundan danışıb.
Qeyd edək ki, "The Economist" dərgisi 1843-cü ildən nəşr olunur. Nəşrin əsas məqsədi müxtəlif iqtisadi mövzularda debatlar təşkil etməklə fikir plüralizmini təmin etməkdən ibarətdir. Artıq 30 ilə yaxındır ki, "The Economist" jurnalı müxtəlif formatlı müzakirələr təşkil edir.
Nəşrin təşəbbüsü ilə keçirilən məruzələr, debatlar, konfrans və seminarlarda dünya iqtisadiyyatının inkişafı üçün önəmli məsələlər müzakirə olunur. "The Economist"in təşəbbüsü ilə baş tutan konfrans materialları dünya biznesi üçün tədqiqat mənbəyi sayılır.
"Azercell" prezidenti dünya iqtisadi liderlərinin London konfransında iştirak edib
"Azercell Telekom" MMC-nin prezidenti Ali Ağan sentyabrın 29-30-da Londonda keçirilmiş "İnkişafda olan ölkələr üzrə sammit-2011" konfransında iştirak edib.Şirkətdən verilən məlumata görə, dünya iqtisadi nəşrləri sırasında ən məşhur dərgilərdən olan "The Economist"in təşkilatçılığı ilə baş tutan toplantıda 20-dən artıq ölkənin təmsilçiləri bir araya gəlib.
Təqdirəlayiq haldır ki, bu cür beynəlxalq səviyyəli, dünya şirkətlərinin təmsil olunduğu konfransın sponsorlarından biri Azərbaycanda fəaliyyət göstərən Azercell şirkəti olub. Tədbir zamanı şirkətin prezidenti Ali Ağan "Şərqi Avropa: yeni imkanlar necə və harada tapılmalıdır" mövzusunda məruzə edib.
Ali Ağan çıxışına başlayarkən əvvəlcə çalışdığı Azərbaycanın Respublikasının gənc müstəqil ölkə olmasına baxmayaraq, iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayıb.
O, həmçinin, Dünya Bankının 2008-ci il üçün hesabatına uyğun olaraq Azərbaycanın adambaşına düşən gəlir üzrə ən sürətli artım müşahidə edilən ölkə olduğunu bildirib. Ali Ağan qeyd edib ki, Azərbaycanda dövlət tərəfindən informasiya texnologiyaları sahəsinə xüsusi diqqət yetirilir.
Şirkətin həyata keçirdiyi yeniliklərdən danışarkən Azercell-in kontur sistemindən manat sisteminə keçidi abonentlərə öz mobil rabitə xərclərini daha yaxşı planlaşdırmaq imkanını yaratdığını, alıcılara ən yaxşı variantı seçmək məqsədilə onlayn rejimində işləyən tarif kalkulyatorunun, onlayn müştəri xidmətinin yaradıldığını qeyd edib.
İnsan qaynaqları sahəsində görülən işlərlə bağlı Azercell-in yerli universitetlərlə birgə reallaşdırdığı texniki universitetlərin birində Mobil Texnologiya kurslarını və 3G laboratoriyası, Barama İnnovasiya Mərkəzinin yaradılması barədə söhbət açıb.
Ağan ümumilikdə maliyyə mənbələrinin çatışmaması və insan qaynaqlarının saxlanması kimi mürəkkəb məsələlərin həlli ilə bağlı əldə olunan uğurlardan, sosial mediadan istifadənin gücləndirilməsi, bununla reklama çəkilən xərclərin azaldılması, reklamın konkret auditoriyaya yönəlməsinin təmin olunduğundan danışıb.
Qeyd edək ki, "The Economist" dərgisi 1843-cü ildən nəşr olunur. Nəşrin əsas məqsədi müxtəlif iqtisadi mövzularda debatlar təşkil etməklə fikir plüralizmini təmin etməkdən ibarətdir. Artıq 30 ilə yaxındır ki, "The Economist" jurnalı müxtəlif formatlı müzakirələr təşkil edir.
Nəşrin təşəbbüsü ilə keçirilən məruzələr, debatlar, konfrans və seminarlarda dünya iqtisadiyyatının inkişafı üçün önəmli məsələlər müzakirə olunur. "The Economist"in təşəbbüsü ilə baş tutan konfrans materialları dünya biznesi üçün tədqiqat mənbəyi sayılır.
Baxış sayı: 1038
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır