12px13px15px17px
Tarix:07/04/17

“Internet Explorer” brauzer bazarında mövqeyini itirir

Qlobal brauzer bazarında “Internet Explorer”in payı azalmağa davam edir. Bu haqda dünyada 40 mindən çox sayta giriş edən 160 milyondan çox unikal istifadəçinin aktivliyini izləyən “NetMarketShare” xidmətinin saytında yazılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2016-cı ilin aprelində “Chrome” (41,71%) ilk dəfə fərdi kompüterlər üçün brauzerlər arasında populyarlıq göstəricisi üzrə “Internet Explorer”i (36,61%) geridə qoyub. 2017-ci ilin martında “Chrome” brauzerinin payı 58,64%-dək yüksəlib və “Microsoft”un proqram təminatının payı isə azalaraq 18,95% təşkil edib.

“Microsoft” şirkəti 2016-cı ilin əvvəlində “Internet Explorer” brauzerinin 11-ci versiyasından başqa bütün versiyalarının dəstəyini dayandırdıqdan sonra adıçəkilən brauzerin payı sürətlə azalmağa başlayıb.
İndi ABŞ korporasiyası “Edge” brauzerini reklam edir. Ancaq 2017-ci ilin martında bu brauzerin payı yalnız 5,6% təşkil edib.

Masaüstü və noutbuklar üçün ən populyar brauzerlərin üçlüyünə əvvəlki kimi “Firefox” daxildir, bu brauzerin payı bir ayda 11,68%-dən 11,79%-dək yüksəlib.

Emil Hüseynov




Baxış sayı: 525

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024