Tarix:11/04/17
Bunun üçün vergi ödəyicisi onlayn rejimdə Vergilər Nazirliyinin saytından “Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib “e-Qaimə” altbölməsinə daxil olmalıdır. Daha sonra, zəruri məlumatları daxil edərək onlayn rejimdə elektron qaimə-fakturası tərtib edilib digər tərəfə təqdim edilir.
Eyni zamanda, vergi ödəyicisi elektron qaimə-fakturasını tərtib etmək üçün hazırlanmış xüsusi proqram təminatı vasitəsi ilə oflayn rejimdə də qaimə-fakturası tərtib edərək göndərə bilər:
Bunun üçün “Elektron Faktura Tərtibatı Proqramını” – eFP 1.1.3 versiyanı və digər zəruri proqramları http://www.e-taxes.gov.az saytından kompüterə yükləmək lazımdır. Beləliklə, vergi ödəyicisi tələb olunan qaimə-fakturaları bu proqram vasitəsi ilə internet istifadə etmədən hazırlayır və paketləyir. Sonra paket faylını “E-imzalayıcı” və ya "Asan DOC" client proqramı vasitəsi ilə imzalayır. Qeyd edək ki, həmin proqramları http://www.e-imza.az və http://www.asanimza.az saytlarından yükləmək olar.
Sonda, gücləndirilmiş elektron imza vasitələrindən birini, “Elektron imza” və ya “Asan İmza” ilə Vergilər Nazirliyinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib “e-Qaimə” altbölməsinə daxil olaraq, imzalanmış “edoc” və ya “adoc” tipli faylı “Paket göndər” düyməsi vasitəsi ilə sistemə yükləmək lazımdır.
Yükləmə zamanı sistem tərəfindən elektron qaimə-fakturalara unikal seriya/nömrələr verilir və qarşı tərəfin elektron poçtuna göndərilir.
Eyni zamanda, qarşı tərəf “Elektron imza” və ya “Asan imza” vasitəsi ilə göndərilmiş elektron qaimə-fakturanı bir neçə saniyədə təsdiqləyə bilir.
İSTİFADƏÇİ TƏLİMATI
LAZIMLI PROQRAMLAR
Elektron qaimə-fakturanı doldurarkən istifadə olunan malların, iş və xidmətlərin kodları
“Elektron imza” ilə elektron qaimə əldə etmək daha da sadələşdi
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən 01.04.2017-ci il tarixdən etibarən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə qaimə-fakturalar elektron formada təqdim edilir.Bunun üçün vergi ödəyicisi onlayn rejimdə Vergilər Nazirliyinin saytından “Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib “e-Qaimə” altbölməsinə daxil olmalıdır. Daha sonra, zəruri məlumatları daxil edərək onlayn rejimdə elektron qaimə-fakturası tərtib edilib digər tərəfə təqdim edilir.
Eyni zamanda, vergi ödəyicisi elektron qaimə-fakturasını tərtib etmək üçün hazırlanmış xüsusi proqram təminatı vasitəsi ilə oflayn rejimdə də qaimə-fakturası tərtib edərək göndərə bilər:
Bunun üçün “Elektron Faktura Tərtibatı Proqramını” – eFP 1.1.3 versiyanı və digər zəruri proqramları http://www.e-taxes.gov.az saytından kompüterə yükləmək lazımdır. Beləliklə, vergi ödəyicisi tələb olunan qaimə-fakturaları bu proqram vasitəsi ilə internet istifadə etmədən hazırlayır və paketləyir. Sonra paket faylını “E-imzalayıcı” və ya "Asan DOC" client proqramı vasitəsi ilə imzalayır. Qeyd edək ki, həmin proqramları http://www.e-imza.az və http://www.asanimza.az saytlarından yükləmək olar.
Sonda, gücləndirilmiş elektron imza vasitələrindən birini, “Elektron imza” və ya “Asan İmza” ilə Vergilər Nazirliyinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib “e-Qaimə” altbölməsinə daxil olaraq, imzalanmış “edoc” və ya “adoc” tipli faylı “Paket göndər” düyməsi vasitəsi ilə sistemə yükləmək lazımdır.
Yükləmə zamanı sistem tərəfindən elektron qaimə-fakturalara unikal seriya/nömrələr verilir və qarşı tərəfin elektron poçtuna göndərilir.
Eyni zamanda, qarşı tərəf “Elektron imza” və ya “Asan imza” vasitəsi ilə göndərilmiş elektron qaimə-fakturanı bir neçə saniyədə təsdiqləyə bilir.
İSTİFADƏÇİ TƏLİMATI
LAZIMLI PROQRAMLAR
Elektron qaimə-fakturanı doldurarkən istifadə olunan malların, iş və xidmətlərin kodları
Baxış sayı: 832
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır