12px13px15px17px
Tarix:05/10/11

“Twitter” şəbəkəsində 1600-dən çox şirkət reklam yerləşdirir

Hal-hazırda 1600-dən çox şirkət öz mal və xidmətlərinin reklamı üçün “Twitter” mikrobloqlar xidmətinin platformasından istifadə edirlər.

Bu barədə “Twitter”in gəlir üzrə direktoru Adam Beyn “Mixx Conference” konfransında çıxış edərkən bildirib. Bundan əvvəl, cari ilin iyulunda “Twitter”in icraçı direktoru Dik Kastolo bildirib ki, “Twitter” şəbəkəsində elan verənlərin sayı son il ərzində 600% artıb.

“EMarketer” şirkətinin yeni hesabatına əsasən, cari ildə “Twitter”in reklam gəlirləri 139.5 milyon dollar təşkil etməlidir. 2012-ci ildə gəlirlər 259,9 milyon dollara qədər artacaq, 2013-cü ildə demək olar ki, 400 milyon dollar təşkil edəcək.



Baxış sayı: 866

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024