12px13px15px17px
Tarix:15/04/17

“Google Chrome” brauzerində səhifələrin yüklənmə sürəti 20% artıb

“Chromium” əsasında işləyən “Chrome” və başqa brauzerlərdə istifadə edilən “V8 JavaScript” mühərrikinin hazırlanmasına məsuliyyət daşıyan komanda ötənilki nailiyyətini  paylaşıb. İstehsalçılar “Google” tərəfindən “JavaScript” mühərrikinin məhsuldarlığını ölçmək üçün yaradılmış “Octane” məhsuldarlıq testində bir sıra testlər keçiriblər. Amma “Octane” məhsuldarlıq testi brauzerin real şəraitdəki davranışını əks etdirmir. Buna görə “V8” mühərrikinin tərtibatçılar komandası onu “Facebook”, “Reddit”, “Twitter” və “Wikipedia” kimi məşhur saytlarda yoxlamaq qərarına gəlib.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, tərtibatçılar “JavaScript” mühərrikinin real məhsuldarlığını ölçmək üçün yeni “Speedometer” adlı məhsuldarlıq testi yaradıblar. Yeni testin nəticəsinə görə, tipik veb səhifələrin yüklənmə sürəti skriptlərin işə düşməsindən asılıdır. Buna görə son ildə optimallaşdırma üzrə aparılmış işlər prosessorun arxitekturasından asılı olaraq saytların yüklənmə vaxtının 10-20% artmasına səbəb olub.

Emil Hüseynov




Baxış sayı: 521

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024