12px13px15px17px
Tarix:05/10/11

ABŞ: 2011-ci ildə mobil reklama çəkilən xərclər ilk dəfə olaraq 1 milyard dolları ötəcək

Cari ildə ABŞ-da mobil reklama çəkilmiş xərclər ilk dəfə olaraq 1 milyard dollar həddini ötəcək. Bu barədə “eMarketer” şirkətinin yeni hesabatında qeyd edilib.

2011-ci ildə şirkətlər ABŞ-da mobil reklama təxminən 1,23 milyard dollar xərcləyəcəklər, halbuki keçən il bu göstərici 743 milyon dollar təşkil edib.

Beləliklə, artım 65% təşkil edib. Analitiklər qeyd ediblər ki, bu, bazarda smartfonların geniş yayılması, həmçinin ABŞ-da mobil internet trafikin artması sayəsində mümkün olacaq.

Növbəti il mobil reklama çəkiləcək xərclər 47%, artaraq 1,8 milyard dollar olmalıdır, 2015-ci ilədək isə demək olar ki, 4,4 milyard dollara qədər çatmalıdır, ekspertlər proqnozlaşdırırlar.



Baxış sayı: 1323

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024