12px13px15px17px
Tarix:05/10/11

2011-ci ilin sonunadək 26 mindən artıq təhsil işçisi təhsildə İKT-nin tətbiqi üzrə təlimlərdə iştirak edəcək

“2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması Dövlət Proqramı” çərçivəsində 26200 min təhsil işçisi təhsildə İKT-nin tətbiqi üzrə müxtəlif təlimlərdə iştirak edəcək.

“Mədəd” təşkilatının icraçı direktoru Vüsal Xanlarovun sözlərinə görə, İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş təlimlərə 2011-ci ilin sonuna kimi təhsil sisteminin 21300 nəfər pedaqoji heyəti cəlb olunacaq.

Təlim kursları Ağcabədi, Ağdaş, Ağstafa, Ağsu, Astara, Balakən, Bakı, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Daşkəsən, Füzuli, Gəbədəy, Goranboy, Göyçay, Göygöl, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Mingəçevir, Lerik, Qazax, Qəbələ, Quba, Qusar, Samux, Şamaxı, Şəki, Şəmkir, Tərtər, Tovuz, Ucar, Xaçmaz, Yevlax, Zaqatala, Zərdab rayonlarını əhatə edir.

Təlimlər təhsil sisteminin pedaqoji heyətinə tədris prosesində informasiya-kommunikasiya texnologiyalarından effektiv istifadə etməsi üçün Rİ-SOL “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” və “İntel Gələcək üçün Təhsil” təlim vəsaitləri əsasında keçirilir.

V.Xanlarov qeyd etdi ki, bu ilin sonuna kimi təhsil sisteminin inzibati-idarəetmə heyətinin 3700 min nəfəri də İKT üzrə təlimlərə cəlb ediləcəkdir. İnzibati-idarəetmə heyəti üçün təlimlər Bakı, Sumqayıt, Ağdam, Astara, Cəbrayıl, Daşkəsən, Füzuli, Göyçay, Gədəbəy, Qobustan, Qubadlı, Şəmkir, Şuşa və Xocalı məktəblərini əhatə edir.

Bundan əlavə, “1 şagird -1 kompyuter” layihəsi üzrə 300 müəllim, “Həmkara dəstək” layihəsi 300 müəllim, “Fənlər üzrə elektron təhsil resurslarının hazırlanması” layihəsi üzrə 350 nəfər, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən seçilmiş pilot məktəblərinin pedaqoji heyətinin “Təhsil portalından istifadə üzrə təlim vəsaiti”ni tətbiq etməklə təhsil portalından istifadə üzrə 250 müəllim də xüsusi təlim keçəcək.

Qeyd etmək lazımdır ki, 2008-2010-cu illərdə Dövlət Proqramı çərçivəsində 69 000-dən artıq müəllim və təhsil sisteminin inzibati işçisi təhsildə İKT-nin tətbiqi üzrə təlimlərdə iştirak edib.



Baxış sayı: 1643

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024