12px13px15px17px
Tarix:18/04/17

“Açıq İnnovasiyalar üzrə Startap Turu” öz işini yekunlaşdırdı

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Rusiya Federasiyasının "Skolkovo" Fondunun təşkilatçılığı ilə Bakıda 17-18 aprel 2017-ci il tarixində ilk dəfə keçirilən "Open Innovations Startup Tour" (Açıq İnnovasiyalar üzrə Startap Turu) çərçivəsində iki günlük tədbir öz işini yekunlaşdırdı.

 "Açıq İnnovasiyalar üzrə Startap Turu"nun əsas məqsədi yüksək texnologiyalar sahəsində perspektivli və innovativ layihələrin həyata keçirilməsinə dəstək verməkdir.
İki günlük tədbirdə Rusiyadan "Skolkovo" texnoparkının nümayəndələri, yerli və beynəlxalq startaplar, biznes qurumlarının təmsilçiləri iştirak ediblər. Tədbir startapçılar, biznes nümayəndələri üçün əlaqələrin yaradılması, təcrübə mübadiləsi üçün əlverişli platforma rolunu oynayıb.

Tədbirin ikinci günü startapçılar qarşısında çıxış edən Azərbaycan  İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov bildirib ki, bu gün ölkəmiz üçün innovativ ekosistemin inkişafı böyük əhəmiyyət kəsb edir. "Dövlət tərəfindən Azərbaycanda startap hərəkatının inkişafı üçün əlverişli mühitin yaradılmasına lazımi dəstəyi göstərir. Belə ki, 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində intellektual bizneslə məşğul olan innovativ sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək üçün  İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb. Məhz buna görə biz şadıq ki, bu il "Open Innovations Startup Tour" Azərbaycanda keçirilir. Çünki belə tədbirlər bizə rusiyalı həmkarlarımızın təcrübəsi haqqında məlumat əldə etməyə və yüksək texnologiyalar sahəsində əməkdaşlığı möhkəmləndirməyə imkan verir"- deyə E.Zeynalov qeyd edib.

"Skolkovo" Fondunun elm və təhsil üzrə vitse-prezidenti Nikolay Suetin isə "Open Innovations Startup Tour" Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə edib.
 
"İqtisadi baxımdan ölkələrimiz bir-birinə çox bənzəyir: xammal sektorunda nəzərə çarpacaq diqqət müşahidə edilir. Azərbaycan rəhbərliyi iqtisadiyyatı şaxələndirməyə və innovasiyalar sahəsini inkişaf etdirməyə çalışır. Bu səbəbdən "Skolkovo" təcrübəsi burada faydalı olacaq. Bundan başqa, belə əməkdaşlıq bizim startaplar üçün də faydalıdır. Belə ki, əməkdaşlıq onların qarşısında yeni bazarlar və yeni imkanlar açır. Ümid edirəm ki, bizim iki gün ərzində gördüyümüz iş iki dövlət arasında uzunmüddətli və faydalı əməkdaşlıq üçün yaxşı başlanğıc olacaq".
 
 
"Açıq İnnovasiyalar üzrə Startap Turu"nun Azərbaycan üzrə qalibi, "Lia" layihəsinin həmmüəllifi Arif Mövsümzadə bu layihə üzərində iki ildir çalışdıqlarını bildirib. O qeyd edib ki, aparıcı mütəxəssislərin ekspert qiymətini almaq çox vacib idi.

"Mentorlar bizə layihəmizi istifadədə daha rahat və rəqabətə davamlı etmək üçün bir sıra dəyərli məsləhət verdilər. "Skolkovo" Fondunun Rusiyadan kənara çıxması çox yaxşı haldır, çünki bu, bizə yeni bazarlara yol açır və xaricdə geniş əlaqələr şəbəkəsi yaratmağa imkan verir".
 
 




Baxış sayı: 606

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2017

26 05 2017

26/05/17
“Azərkosmos” “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” layihəsinin ikinci mərhələsini elan edir

“Azərkosmos” ASC “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidəsi 

26/05/17
Yüzlərlə “Android” proqramı istifadəçiləri izləmək üçün ultrasəsdən istifadə edir

“Google Play” mobil tətbiqlər mağazasından “Android” mobil əməliyyat sistemi üçün ultrasəs mayakı ilə 

26/05/17
“Sony” şirkəti “Premium Standard” sinifli smartfonların buraxılışından imtina edəcək

Yaponiyanın “Sony” şirkəti cari ildən etibarən “Sony Xperia X” və “Xperia X Compact” modellərinin 

26/05/17
“Ağıllı” parça istənilən düz səthi sensora çevirir

Elektron parçaların meydana çıxması "ağıllı" geyim yaratmağa imkan verir, məsələn, istifadəçinin sağlamlıq 

26/05/17
“Windows” sisteminin idarəetməsi ilə işləyən 24 mindən çox fərdi kompüter “EsteemAudit” eksploiti qarşısında acizdir

12 may tarixində “WannaCry” fırıldaqçı proqram təminatı dünyanın 150-dən çox ölkəsində 400 mindən 

26/05/17
Türkdilli dövlətlər arasında elektron imzanın tanınması ilə bağlı razılıq əldə olunub

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) informasiya və kommunikasiya texnologiyaları üzrə işçi qrupunun 2-c

26/05/17
Bu smartfon ilk dəfə tərəflər nisbəti 18:9 olan displeylə təchiz ediləcək

Yeni texnologiyaya keçid cəsarət tələb edir. Bu il böyükölçülü “OLED” displey yeni “iPhone

26/05/17
“iCloud” servisinin təhlükəsizliyi gücləndiriləcək

“Apple” şirkəti hazırladığı əlavələrin təhlükəsizlik səviyyəsini gücləndirmək niyyətindədir.

26/05/17
Yeni dron jestlərlə idarə edilir

“DJI” şirkəti kompakt “Spark” kvadrokopterini təqdim edib. Başlanğıc qiyməti 499 dollar təşkil edən dron