Tarix:20/04/17
Hər rübdə nəşr olunan bülletendə “Elektron hökumət” portalı, tətbiq olunan yeni elektron xidmətlər, e-sənəd mübadiləsi, e-imza infrastrukturu və xarici ölkələrin “Elektron hökumət” və İKT sahəsindəki təcrübələri barədə xəbərlər öz əksini tapır.
Bülletenin son sayında “Elektron hökumət” quruculuğu üzrə hüquqi baza möhkəmləndirilir” başlığı altında 2017-ci ilin birinci rübü ərzində “Elektron hökumət” infrastrukturunun hüquqi bazası ilə bağlı fərmanlar yer alıb. Bundan başqa nəşrdə “Avstriyalı mütəxəssis “Elektron hökumət” sahəsində görülən işləri yüksək qiymətləndirib”, “Türkiyənin qabaqcıl İKT şirkətləri ilə əməkdaşlığa start verildi”, “Azərbaycan İKT sahəsində dənizə çıxışı olmayan 32 ölkə arasında birinci yerdədir”, “Açıq hökumət məlumatları” portalında məlumatların sayının artırılması ilə bağlı işlərə başlanılıb”, “Vətəndaşlar nəqliyyatın icbari sığortasını onlayn qaydada edə biləcəklər”, “Poçtap” elektron xidməti “Elektron hökumət” portalına inteqrasiya edildi”, “Avropa İttifaqı ilə elektron xidmətlər və elektron ticarətin inkişafı üzrə əməkdaşlıq edilir” və s. başlıqlı materiallar, statistik rəqəmlər yer alıb.
Həmçinin, “Elektron hökumət” bülletenində “EGOV AR” texnologiyasından istifadə olunub. Belə ki, oxucular “EGOV AR” adlı mobil tətbiqdən istifadə edərək, bəzi materialları həm də görüntülü və səsli izləyə biləcəklər. “Android” və iOS sistemlərində çalışan “EGOV AR” mobil tətbiqi “Elektron hökumət” portalı, elektron imza və başqa layihələrlə bağlı istifadəçiləri məlumatlandırmaq üçün hazırlanıb. Bu mobil tətbiq vasitəsilə şəkillər ekranda canlanan videoya çevrilir.
Qeyd edək ki, bülleten çap edilib pulsuz paylanılır, həmçinin elektron şəkildə portalda yerləşdirilir.
Bülletenin 39-cu sayını onlayn şəkildə buradan əldə edə bilərsiniz.
“Elektron hökumət” bülleteninin 39-cu sayı dərc edilib
“Elektron hökumət” portalının operatoru - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən cari ilin ilk rübünü əhatə edən “Elektron hökumət” bülleteninin 39-cu sayı ictimaiyyətə təqdim edilib.Hər rübdə nəşr olunan bülletendə “Elektron hökumət” portalı, tətbiq olunan yeni elektron xidmətlər, e-sənəd mübadiləsi, e-imza infrastrukturu və xarici ölkələrin “Elektron hökumət” və İKT sahəsindəki təcrübələri barədə xəbərlər öz əksini tapır.
Bülletenin son sayında “Elektron hökumət” quruculuğu üzrə hüquqi baza möhkəmləndirilir” başlığı altında 2017-ci ilin birinci rübü ərzində “Elektron hökumət” infrastrukturunun hüquqi bazası ilə bağlı fərmanlar yer alıb. Bundan başqa nəşrdə “Avstriyalı mütəxəssis “Elektron hökumət” sahəsində görülən işləri yüksək qiymətləndirib”, “Türkiyənin qabaqcıl İKT şirkətləri ilə əməkdaşlığa start verildi”, “Azərbaycan İKT sahəsində dənizə çıxışı olmayan 32 ölkə arasında birinci yerdədir”, “Açıq hökumət məlumatları” portalında məlumatların sayının artırılması ilə bağlı işlərə başlanılıb”, “Vətəndaşlar nəqliyyatın icbari sığortasını onlayn qaydada edə biləcəklər”, “Poçtap” elektron xidməti “Elektron hökumət” portalına inteqrasiya edildi”, “Avropa İttifaqı ilə elektron xidmətlər və elektron ticarətin inkişafı üzrə əməkdaşlıq edilir” və s. başlıqlı materiallar, statistik rəqəmlər yer alıb.
Həmçinin, “Elektron hökumət” bülletenində “EGOV AR” texnologiyasından istifadə olunub. Belə ki, oxucular “EGOV AR” adlı mobil tətbiqdən istifadə edərək, bəzi materialları həm də görüntülü və səsli izləyə biləcəklər. “Android” və iOS sistemlərində çalışan “EGOV AR” mobil tətbiqi “Elektron hökumət” portalı, elektron imza və başqa layihələrlə bağlı istifadəçiləri məlumatlandırmaq üçün hazırlanıb. Bu mobil tətbiq vasitəsilə şəkillər ekranda canlanan videoya çevrilir.
Qeyd edək ki, bülleten çap edilib pulsuz paylanılır, həmçinin elektron şəkildə portalda yerləşdirilir.
Bülletenin 39-cu sayını onlayn şəkildə buradan əldə edə bilərsiniz.
Baxış sayı: 541
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı