Tarix:20/04/17
“F8” konfransında şirkətin nümayəndələri istifadəçi aktivliyinin monitorinqi zamanı əldə etdikləri məlumatları paylaşıblar. Kənd yerləri və təbii fəlakətlər zamanı internetə qoşulma imkanı araşdırılıb və bunun nəticəsi kimi “Tether-tenna” layihəsinə başlanılması haqda qərar qəbul edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, internetə çıxışı asanlaşdıran qurğu kiçik vertolyotdan ibarətdir. Vertolyot internetə qoşulacaq və bortunda enerji mənbəyi quraşdırılacaq. Fövqəladə hallar və işlək şəbəkənin zədələnməsi vaxtı vertolyot fiber-optik kabelə qoşulacaq və azca hündürlüyə qalxaraq bir növ antena rolunu oynayacaq.
“Tether-tenna” layihəsinin sınaqları hələ keçirilməsə də, “Facebook” şirkətinin nümayəndələri bildiriblər ki, sistemin işə salınmasına bir neçə ay kifayətdir. Hazırda “F8” konfransının keçirildiyi San-Xose şəhərində ziyarətçiləri yüksəksürətli internetlə təmin edən oxşar “Terragraph” kompleksi yoxlanılır.
Emil Hüseynov
“Facebook” vertolyotların köməyi ilə internet paylayacaq
“Facebook” şirkəti planetin hər bir sakininin onun sosial şəbəkəsinə girişini təmin etmək istəyir. Deyəsən, bu arzu tezliklə reallaşacaq.“F8” konfransında şirkətin nümayəndələri istifadəçi aktivliyinin monitorinqi zamanı əldə etdikləri məlumatları paylaşıblar. Kənd yerləri və təbii fəlakətlər zamanı internetə qoşulma imkanı araşdırılıb və bunun nəticəsi kimi “Tether-tenna” layihəsinə başlanılması haqda qərar qəbul edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, internetə çıxışı asanlaşdıran qurğu kiçik vertolyotdan ibarətdir. Vertolyot internetə qoşulacaq və bortunda enerji mənbəyi quraşdırılacaq. Fövqəladə hallar və işlək şəbəkənin zədələnməsi vaxtı vertolyot fiber-optik kabelə qoşulacaq və azca hündürlüyə qalxaraq bir növ antena rolunu oynayacaq.
“Tether-tenna” layihəsinin sınaqları hələ keçirilməsə də, “Facebook” şirkətinin nümayəndələri bildiriblər ki, sistemin işə salınmasına bir neçə ay kifayətdir. Hazırda “F8” konfransının keçirildiyi San-Xose şəhərində ziyarətçiləri yüksəksürətli internetlə təmin edən oxşar “Terragraph” kompleksi yoxlanılır.
Emil Hüseynov
Baxış sayı: 549
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib