12px13px15px17px
Tarix:24/04/17

“HTC” şirkəti tarixdə ilk dəfə virtual reallıq peykini orbitə buraxacaq

Virtual reallıq texnologiyalarının populyarlaşmasına baxmayaraq, hələ ki, bu texnologiya  kifayət qədər bahalı və müəyyən çatışmazlıqlara malikdir, amma müəyyən vaxtdan sonra sözügedən natamamlıqlar aradan qaldırılacaq və virtual reallıq texnologiyalarının qiyməti əlçatan olacaq. Bununla belə Tayvanın “HTC” şirkəti tərəfindən tarixdə ilk dəfə yerətrafı orbitə buraxılması planlaşdırılan virtual reallıq peyki virtual reallıq qarniturunun köməyi ilə planet sakinlərinə özlərini kosmosda hiss etmək imkan verəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, beynəlxalq “VR for Impact” müsabiqəsi çərçivəsində təklif edilmiş bir neçə layihə arasından “SpaceVR” layihəsi seçilib. “HTC”-nin direktorları  iştirakçıların təkliflərini diqqətlə araşdırıblar və ən maraqlı layihələri seçiblər. “SpaceVR” peyki tamaşaçılara özlərini planetin orbitində hiss etməyə imkan verən ilk aparat olacaq.

“SpaceVR” peyki cari ildə “SpaceX” raketdaşıyıcısının köməyi ilə kosmosa buraxılacaq. Orbitə çıxarılan peyk tərəfindən başlanılacaq yayımı ya 360 dərəcəlik görünüşə malik 2D çarx şəklində, ya da virtual reallıq qarniturlarının köməyi ilə izləmək mümkün olacaq. Beləliklə, istənilən şəxs özünü sanki açıq kosmosda hiss etmək imkanına malik olacaq.

Emil Hüseynov




Baxış sayı: 495

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024