Tarix:25/04/17
Sərgidə tərəfdaş ölkə statusunda ilk dəfə Azərbaycan çıxış edir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkil etdiyi milli pavilyonda ölkəmizin telekommunikasiya, elektron hökumət, elektron həllər, poçt və mobil rabitə sahəsində qazandığı nailiyyətlər nümayiş olunur.
Sərgidə nazir müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Nümayəndə heyətinin tərkibinə dövlət, özəl qurumlardan 20-yə yaxın təmsilçi daxildir.
Bu gün sərginin açılış mərasimi olmuşdur və tədbirdə digər rəsmilərlə yanaşı, Azərbaycan nümayəndəsi də çıxış etmişdir.
1975-ci ildən keçirilən sərgi MDB və Şərqi Avropada informasiya texnologiyaları və telekommunikasiya sahəsində ən böyük həll və məhsulların təqdim edildiyi platforma hesab edilir.
Aprelin 28-də başa çatacaq sərgidə dünyanın 21 ölkəsindən 322-dən çox aparıcı şirkət iştirak edir.
Sərgidə stasionar, mobil, peyk və optik-lif rabitəsi, məlumatötürmə şəbəkələri üçün həllər, telekommunikasiya, server və şəbəkə avadanlığı, kabel, peyk televiziya və radio yayımı sistemləri, xüsusiləşmiş proqram təminatı, informasiya təhlükəsizliyi, virtuallaşdırma, internet texnologiyaları, elektron ticarət sahəsində həllər və xidmətlər təqdim olunur.
Bundan başqa, "Svyaz-2017" aktual məsələlərin müzakirəsi, sahə üzrə peşəkarların, tədarükçü və alıcıların ünsiyyəti üçün əlverişli müzakirə meydançasıdır. Sərgi zamanı telekommunikasiya və İT sənayesinin aktual məsələlərinə həsr olunmuş konfrans, "dəyirmi masa" və təqdimatların keçirilməsi nəzərdə tutulur.
Azərbaycanın tərəfdaş olduğu “Svyaz-2017” sərgisi öz işinə başlayıb
Azərbaycan Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən "Svyaz-2017" ("Rabitə-2017") 29-cu Beynəlxalq İnformasiya-Kommunikasiya Texnologiyaları Sərgisində təmsil olunur.Sərgidə tərəfdaş ölkə statusunda ilk dəfə Azərbaycan çıxış edir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkil etdiyi milli pavilyonda ölkəmizin telekommunikasiya, elektron hökumət, elektron həllər, poçt və mobil rabitə sahəsində qazandığı nailiyyətlər nümayiş olunur.
Sərgidə nazir müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Nümayəndə heyətinin tərkibinə dövlət, özəl qurumlardan 20-yə yaxın təmsilçi daxildir.
Bu gün sərginin açılış mərasimi olmuşdur və tədbirdə digər rəsmilərlə yanaşı, Azərbaycan nümayəndəsi də çıxış etmişdir.
1975-ci ildən keçirilən sərgi MDB və Şərqi Avropada informasiya texnologiyaları və telekommunikasiya sahəsində ən böyük həll və məhsulların təqdim edildiyi platforma hesab edilir.
Aprelin 28-də başa çatacaq sərgidə dünyanın 21 ölkəsindən 322-dən çox aparıcı şirkət iştirak edir.
Sərgidə stasionar, mobil, peyk və optik-lif rabitəsi, məlumatötürmə şəbəkələri üçün həllər, telekommunikasiya, server və şəbəkə avadanlığı, kabel, peyk televiziya və radio yayımı sistemləri, xüsusiləşmiş proqram təminatı, informasiya təhlükəsizliyi, virtuallaşdırma, internet texnologiyaları, elektron ticarət sahəsində həllər və xidmətlər təqdim olunur.
Bundan başqa, "Svyaz-2017" aktual məsələlərin müzakirəsi, sahə üzrə peşəkarların, tədarükçü və alıcıların ünsiyyəti üçün əlverişli müzakirə meydançasıdır. Sərgi zamanı telekommunikasiya və İT sənayesinin aktual məsələlərinə həsr olunmuş konfrans, "dəyirmi masa" və təqdimatların keçirilməsi nəzərdə tutulur.
Baxış sayı: 489
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı