12px13px15px17px
Tarix:26/04/17

16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisinin açılışı olub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və TRACECA-nın dəstəyi, “Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica- 2017” sərgisi öz işinə başlayıb.
 
Üç gün davam edəcək sərgi dəmiryol sektoru, dənizçilik sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat və nəqliyyat-loqistika xidmətləri sahəsində əsas dövlət strukturları ilə yanaşı, kommersiya təşkilatlarını da bir araya toplayıb.
 
Sərgidə dünyanın 14 ölkəsini təmsil edən 88 şirkət iştirak edir. Sərgi iştirakçılarının 30%-i yeni şirkətlərdir. 
 
“TransCaspian/Translogistica 2017” sərgisində özəl şirkətlərlə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası, “Ukrzaliznytsa” Ukrayna Dəmir Yolları şirkəti, “Həştərxan Dəniz Limanı” QSC və digər bu kimi dövlət nəqliyyat strukturları da iştirak edir.
 
Sərginin açılış mərasimində çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə tədbirin təşkilatçılarına və tərəfdaşlarına minnətdarlığını  bildirib. Ən son texnologiyaların və yeniliklərin nümayiş olunduğu builki sərginin də təcrübə mübadiləsinə və yeni əməkdaşlıqların qurulmasına xidmət edəcəyini qeyd edib.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin nəqliyyat sektorunun müasirləşməsi və inkişafı üçün apardığı məqsədyönlü dövlət siyasəti nəticəsində bu gün dəmir yolu, hava və su nəqliyyatı üzrə yük və sərnişin daşımalarının həcminin artdığını qeyd edən R.Quluzadə bildirib ki, tranzit üçün yaradılan etibarlı və müasir infrastruktur qoyulan  investisiyaları gəlirə çevirməyə imkan verir.
 
“Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan hazırda dünyada mühüm tranzit daşımalarda əsas tərəfdaşlardan biri kimi qəbul edilir.  Hazırda Xəzər dənizinin sahilində ən böyük dəniz limanının inşası aparılır. Limanın yaxınlığında yaradılan xüsusi azad iqtisadi zona ölkəmizə investisiya yatırımı üçün geniş şərait yaradır. İrəlidə görüləsi işlərimiz çoxdur. İnanıram ki, qarşımızda qoyulan vəzifələri layiqincə həyata keçirəcəyik”- deyə nazir vurğulayıb.
           
Açılış mərasimində çıxış edən “ITE Group” şirkətinin icraçı direktoru Edvard Stroon Azərbaycanda keçirilən beynəlxalq sərgilər arasında layiqli yer alan ənənəvi “TransCaspian” sərgisinin əhəmiyyətini qeyd edərək Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Dövlət Dəniz Administrasiyası və “TRACECA” layihəsinə öz dərin minnətdarlığını bildirərək sərgi iştirakçılarına faydalı iş arzulayıb.
 
Qeyd edək ki, “TransCaspian/Translogistica” sərgisi ilə eyni platformada oxşar sektor üzrə daha iki sərgi: 7-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic 2017” və 4-cü Xəzər Beynəlxalq Kater və Yaxtalar “CIBS-2017” sərgiləri də keçirilir.
 
“Road&Traffic 2017” sərgisinin məqsədi yol, körpü və tunellərin tikintisi və layihələndirilməsi sahəsində əldə olunan ən son nailiyyətlərin təqdimatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi, ictimai nəqliyyat sahəsi üzrə istehsalçı və operatorların görüşü üçün şərait yaradılması və yol hərəkətinin təhlükəsizliyi sahəsində problemlərin həlli yollarının inkişaf etdirilməsidir.
 
Sərgi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə yanaşı, Nazirlər Kabineti Yanında Bakı Nəqliyyat Agentliyi, TRACECA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.
 
Bu il “Road&Traffic” sərgisi dünyanın 9 ölkəsini - Azərbaycan, Almaniya, ABŞ, Belarus, Çexiya, Çin, Rusiya, Türkiyə, Ukraynanı təmsil edən 21 şirkəti bir araya toplayıb. Sərgidə yol və körpülərin layihələndirilməsi və tikintisi, yolların işarələnməsi üçün texnika və avadanlıqlar, yol maneələri, geoloji planlaşdırma və kartoqrafiya, ərazinin “3D” formatlı modelləşdirilməsi, geodeziya avadanlıqları, yol üçün işıqlandırma sistemləri, asfalt-beton zavodları, yol üçün geosintetik materiallar,  yol-inşaat texnikası, nəqliyyat vasitələrinin hərəkət sürətini ölçmək üçün vasitələr, avtobuslar və bir sıra digər məhsullar təqdim olunur.
 
Sərgi iştirakçıları arasında “Azvirt”, “Basler Lacke AG”, “Cepas”, “Gp Steuerungs - & Anlagenbau Gmbh”, “Hofmann Gmbh”, “Rubikon Geosystems”, “Tekno Maccaferri” və “Wavetronix” kimi şirkətlər, eləcə də “Azəravtoyol” ASC yer alır. Bu il ilk dəfə olaraq sərgidə Bakı Nəqliyyat Agentliyi də iştirak edir. Ənənəvi olaraq, sərgidə yeni məhsullar, o cümlədən yolların işıqlandırılması üçün “Urban” və “Kordoba” məhsulları, eləcə də “Novoplast-praymer” qruntu təqdim olunur.
 
İxtisaslaşdırılmış “CIBS 2017” sərgisi isə katerlər, yaxtalar, müxtəlif növ dəniz avadanlıqları, yaxt-klublar, su idmanı və su nəqliyyatının istehsalçı və distributorlarını birləşdirir. 




































Baxış sayı: 499

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Dekabr 2017

13 12 2017

13/12/17
Dünya informasiya təhlükəsizliyi bazarının həcmi 9 faiz artıb

“Canalys” analitik şirkəti 2017-ci ilin üçüncü rübündə dünyada kibertəhlükəsizlik üç

13/12/17
Bu şirkətin noutbuklarında klaviatura casusu aşkar edilib

“HP Inc.” şirkətinin kompüterlərində yenidən casus funksionallığı aşkar edilib. Bu barədə informasiya 

13/12/17
Növbəti “Galileo” peyk sistemi buraxılıb

“Ariane-5” raketdaşıyıcısı dekabrın 12-də Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın 

13/12/17
“Microsoft” kvant hesablamaları üçün proqramlaşdırma dili təqdim edib

“Microsoft” şirkəti tərəfindən təqdim edilmiş “Quantum Development Kit” adlı hazırlama vasitələri paketinin 

13/12/17
“Samsung” qurğuların enerji ilə dodurulması üçün “ağıllı” sviteri patentləşdirib

Cənubi Koreyanın “Samsung” şirkəti istifadəçilərə qurğuları enerji ilə doldurmağa imkan verəcək 

13/12/17
“Goldmont Plus” arxitekturalı ilk birkristallı “Gemini Lake” sistemləri təqdim edilib

“Intel” şirkəti “Goldmont Plus” arxitekturası əsasında ilk birkristallı “Gemini Lake” sistemlərini 

13/12/17
Ekranın alt hissəsinə qurulmuş barmaq izi skaneri ilə təchiz edilmiş smartfon təqdim olunacaq

ABŞ-ın kompüter komponentləri istehsalçısı olan “Synaptics” şirkəti ekranın alt hissəsinə qurulmuş “Clear ID