12px13px15px17px
Tarix:14/06/11

Azərbaycanda 3G mobil internet Böyük Britaniyadan daha sürətlidir

Azərbaycanda 3G texnologiyası ilə genişzolaqlı mobil internet Böyük Britaniya ilə müqayisədə orta hesabla daha sürətlidir. Bu Simsiz Texnologiyalar Assosiasiyasının apardıgı monitorinqin yekunlarından bəlli olub. Monitorinq datakartlar vasitəsilə aparılıb.
Böyük Britaniyaının Ofcom təşkilatı tətəfindən aparılmış tədqiqata görə, həmin ölkədə genişzolaqlı internetin orta sürəti 1,5 mbit/s, ən yaxşı əhatə dairəsində isə 2,1 mbit/s olubdur. Araşdırma Böyük Britaniyada 3G texnologiyası əsasında xidmət göstərən “3”, “Orange”, “O2”, “Vodafone” və “T-Mobile” mobil operatorlarını əhatə edib.
Simsiz Texnologiyalar Assosiasiyasının Azərbaycanda apardığı monitorinqin nəticələri göstərir ki, ölkəmizdə mobil genişzolaqlı internetin orta sürəti 1,7 mbit/s təşkil edir. Bu isə Böyük Britaniyada olan sürətdən 0,2 mbit/s çoxdur. Monitorinq Azerfon-Vodafone və Nar Mobile 3G texnologiyası bazasında genişzolaqlı internet xidmətilərini əhatə edib. Hazırda Azərbaycanda yalnız Azerfon-Vodafone və Nar Mobile 3G texnologiyasından istifadə edir.
Monitorinq nəticəsində məlum olub ki, Azərbaycanda ən aşağı sürət 0,5 mbit/s, ən qüksək sürət isə - 3,4 mbit/s-dir. Ən yüksək sürət Bakı şəhərinin mərkəzində müşahidə olunub. M.Əzizbəyov heykəli, “Elmlər Akademiyası”, “Gənclik”, “İçəri şəhər” metro stansiyaları, habelə Milli Məclisin binasının ətrafında orta sürət 3,0 mbit/s-dir. Yeni Yasamal yaşayış massivində, “Nəriman Nərimanov”, “Xətai” metro stansiyaları ətrafında isə - 2 mbit/s, Abşeron yarımadasında, əlxüsus Mərdəkan, Novxanı, Buzovna, Bilgəh, Şüvəlan, Zirə qəsəbələrində və dənizkənarı digər zonalarda genişzolaqlı internet baglantısının sürəti 1,5-2,5 mbit/s olub. Simsiz Texnologiyalar Assosiasiyasının direktoru Əli Əliyevin sözlərinə görə,
Azərbaycanda 3G texnologiya vasitəsilə genişzolaqlı mobil internetin Böyük Britaniya ilə müqayisədə orta hesabla daha sürətli olması çox sevindiric haldır. “Önəmli odur ki, Azərbaycanda 3G texnologiyası 2 ildən də az bir müddətdə tətbiq olunur, amma orta sürətə görə 2007-ci ildən 3G texnologiyasının tətbiqinə başlamış Böyük Britaniyanı ötür”, - deyə Ə.Əliyev bildirib.



Baxış sayı: 1311

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024