Tarix:01/05/17
İdmanın inkişafına dəstək göstərmək və sağlam həyat tərzini təbliğ etmək məqsədi ilə təşkil olunan marafon yarışı artıq 2-ci ildir ki, paytaxt Bakıda keçirilir və yeknəsəq həyat tərzi keçirənləri dinamik və sağlam yaşamağa səsləyir. Tədbirin əsas hədəfləri idman sənayesinin inkişafını sürətləndirmək, gəncliyi sağlam və balanslaşdırılmış həyat tərzinə həvəsləndirməkdir.
"Küləyə qalib gəl" şüarı altında təşkil olunan 21 kilometrlik marafon Dövlət Bayrağı Meydanından başlayıb, Bakı Olimpiya Stadionunda başa çatıb.
Budəfəki marafonda müxtəlif ölkələrdən 1000-dən çox əcnəbi, Azərbaycanın ayrı-ayrı bölgələrindən 600-dək nümayəndə iştirak edib.
Bakı Marafonu Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunub, layihənin icrasını isə "Sport Marketing Group" (SMG) şirkəti həyata keçirib.
Bir sıra təşkilat və şirkətlərlə yanaşı, marafonun tərəfdaş və sponsorlarından biri də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olub.
Eyni zamanda, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bütün qurumları "Bakı Marafonu 2017"-də fəal iştirak ediblər. Nazirliyin və tabeli müəssisələrin 1824 nəfər əməkdaşı iştirakçı qismində marafona qatılıb.
Ötən il "Sağlamlıq - 2016" rabitə işçilərinin respublika spartakiadasında atletika üzrə yarışın qalibi olmuş nazirliyin Məlumat Hesablama Mərkəzinin əməkdaşı Türkay Zərgərli 21 km məsafəni 110 dəqiqəyə qət edərək, finişə çatan qadınlar arasında 30-cu olub. Ümumilikdə isə bütün iştirakçılar həvəslə bu yarışda öz iradə və gücünü sınayıblar.
Marafon yarışları idman tədbiri olmaqla yanaşı, həm də xeyriyyə məqsədi daşıyır.
"Bakı Marafonu 2017"-dən toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.
Onu da qeyd edək ki, bu cür marafonlar indiyədək London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil olunub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları "Bakı Marafonu 2017"-nin aktiv iştirakçılarından olublar
Heydər Əliyev Fondunun təşəbbüsü ilə aprelin 30-da keçirilən "Bakı Marafonu 2017" 13 mindən çox iştirakçını öz ətrafında birləşdirib.İdmanın inkişafına dəstək göstərmək və sağlam həyat tərzini təbliğ etmək məqsədi ilə təşkil olunan marafon yarışı artıq 2-ci ildir ki, paytaxt Bakıda keçirilir və yeknəsəq həyat tərzi keçirənləri dinamik və sağlam yaşamağa səsləyir. Tədbirin əsas hədəfləri idman sənayesinin inkişafını sürətləndirmək, gəncliyi sağlam və balanslaşdırılmış həyat tərzinə həvəsləndirməkdir.
"Küləyə qalib gəl" şüarı altında təşkil olunan 21 kilometrlik marafon Dövlət Bayrağı Meydanından başlayıb, Bakı Olimpiya Stadionunda başa çatıb.
Budəfəki marafonda müxtəlif ölkələrdən 1000-dən çox əcnəbi, Azərbaycanın ayrı-ayrı bölgələrindən 600-dək nümayəndə iştirak edib.
Bakı Marafonu Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunub, layihənin icrasını isə "Sport Marketing Group" (SMG) şirkəti həyata keçirib.
Bir sıra təşkilat və şirkətlərlə yanaşı, marafonun tərəfdaş və sponsorlarından biri də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olub.
Eyni zamanda, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bütün qurumları "Bakı Marafonu 2017"-də fəal iştirak ediblər. Nazirliyin və tabeli müəssisələrin 1824 nəfər əməkdaşı iştirakçı qismində marafona qatılıb.
Ötən il "Sağlamlıq - 2016" rabitə işçilərinin respublika spartakiadasında atletika üzrə yarışın qalibi olmuş nazirliyin Məlumat Hesablama Mərkəzinin əməkdaşı Türkay Zərgərli 21 km məsafəni 110 dəqiqəyə qət edərək, finişə çatan qadınlar arasında 30-cu olub. Ümumilikdə isə bütün iştirakçılar həvəslə bu yarışda öz iradə və gücünü sınayıblar.
Marafon yarışları idman tədbiri olmaqla yanaşı, həm də xeyriyyə məqsədi daşıyır.
"Bakı Marafonu 2017"-dən toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.
Onu da qeyd edək ki, bu cür marafonlar indiyədək London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil olunub.
Baxış sayı: 601
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı