Tarix:03/05/17
“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, korporativ sinfə aid kompüterlərin satışında cüzi artım istehlak tələbatının azalmasını ödəyə bilməyib. İstehlakçılar köhnə kompüterləri əvəzləməkdən imtina etməkdə davam edirlər, bəzi istifadəçilər isə ümumiyyətlə onlardan istifadəni dayandırıb. Analitiklər qeyd edir ki, lakin korporativ bazarda fərdi kompüterlərin hələ də əsas iş aləti hesab edilməsinə görə istehsalçılar məhz burada mövqelərini qorumalıdırlar. İri korporativ alıcılar uğrunda mübarizənin “Lenovo”, “HP” və “Dell” şirkətləri arasında gedəcəyi gözlənilir. Şirkət analitiklərinin qənaətinə görə, “Apple” istisna olmaqla digər istehsalçıların imkanları məhduddur.
Birinci rübdə “Lenovo” və “HP” kompüter istehsalçıları arasında birinci yeri bölüşməyə yaxın olub. Belə ki, Çinin “Lenovo” şirkətinin bazar payı 19,9 faiz, ABŞ-ın “HP” istehsalçısının 19,5 faiz təşkil edib. “Dell” 15 faizlə üçüncü yerdə qərarlaşıb. Bununla yanaşı, satış həcmini 6,5 faiz, ABŞ-da bazar payını 15,9 faiz artıran “HP” şirkətinin artım göstəricisi bazarın digər beş lideri ilə müqayisədə daha yüksəkdir.
Nizam Nuriyev
Dünyada fərdi kompüterlərin satışı 2,4 faiz azalıb
Bu ilin birinci rübündə dünyada 62,2 milyon fərdi kompüter satılıb ki, bu da 2016-cı ilin müvafiq dövründən 2,4 faiz azdır. Kompüterlərin tədarük həcmi 2007-ci ildən ilk dəfə olaraq rüb ərzində 63 milyondan aşağı düşüb. Lakin buna baxmayaraq qiymətlərdə “DRAM” modullarının və bərk cisimli toplayıcıların çatışmazlığına görə artım qeydə alınıb. Bu barədə “Gartner” analitik şirkətinin hesabatında deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, korporativ sinfə aid kompüterlərin satışında cüzi artım istehlak tələbatının azalmasını ödəyə bilməyib. İstehlakçılar köhnə kompüterləri əvəzləməkdən imtina etməkdə davam edirlər, bəzi istifadəçilər isə ümumiyyətlə onlardan istifadəni dayandırıb. Analitiklər qeyd edir ki, lakin korporativ bazarda fərdi kompüterlərin hələ də əsas iş aləti hesab edilməsinə görə istehsalçılar məhz burada mövqelərini qorumalıdırlar. İri korporativ alıcılar uğrunda mübarizənin “Lenovo”, “HP” və “Dell” şirkətləri arasında gedəcəyi gözlənilir. Şirkət analitiklərinin qənaətinə görə, “Apple” istisna olmaqla digər istehsalçıların imkanları məhduddur.
Birinci rübdə “Lenovo” və “HP” kompüter istehsalçıları arasında birinci yeri bölüşməyə yaxın olub. Belə ki, Çinin “Lenovo” şirkətinin bazar payı 19,9 faiz, ABŞ-ın “HP” istehsalçısının 19,5 faiz təşkil edib. “Dell” 15 faizlə üçüncü yerdə qərarlaşıb. Bununla yanaşı, satış həcmini 6,5 faiz, ABŞ-da bazar payını 15,9 faiz artıran “HP” şirkətinin artım göstəricisi bazarın digər beş lideri ilə müqayisədə daha yüksəkdir.
Nizam Nuriyev
Baxış sayı: 439
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır