12px13px15px17px
Tarix:05/05/17

Dünyada internetin paylanması üçün ilk peyklərin nə vaxt buraxılacağı açıqlanıb

ABŞ-ın “SpaceX” şirkəti xüsusi peyk qrupları vasitəsilə dünyada internetin paylanması üzrə proqramın istifadəyə veriləcəyi vaxtı açıqlayıb. “The Verge” saytı şirkətin vitse-prezidenti Patrisiya Kuperə istinadən məlumat verib ki, Yer orbitində şəbəkənin qurulmasına 2019-cu ildə başlanılacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki,  “SpaceX” 2017-ci ildə orbitə ilk peyk prototipini, 2018-ci ilin əvvəlində isə növbəti belə prototipi buraxmağı planlaşdırır. İlk aparatlar texnologiyaların sınaqları üçün nəzərdə tutulub. Testlərin uğurlu keçəcəyi təqdirdə ilk şəbəkə seqmentləri 2019-cu ildə kosmosa çıxarılacaq.

Məlumata görə, tam gücü ilə 2024-cü ildə istifadəyə verilməsi planlaşdırılan şəbəkə 4425 peykdən ibarət olacaq və şirkətin hesabına qurulacaq yerüstü stansiyalar tərəfindən dəstəklənəcək. “SpaceX” peykləri orbitə öz istehsalı olan “Falcon 9” raketdaşıyıcıları ilə göndərmək niyyətindədir. Bunun xərcləri xeyli azaldacağı və digər təşkilatlardan potensial asılılığı minimuma endirəcəyi bildirilir.

Vitse-prezidentin sözlərinə görə, peyk şəbəkəsi dünyada internetin qoşulması üçün fiziki infrastrukturun qurulması zərurətini aradan qaldıracaq. Şəbəkə istifadəçiləri üçün terminallar noutbuk ölçüsündə, bağlantı sürəti isə kabel qoşulması səviyyəsində olacaq.

“SpaceX” daim peyklər üçün proqram təminatının təkmilləşdirilməsi, eləcə də şəbəkənin müxtəlif dəyişikliklərə uyğunlaşdırılması ilə məşğul olmağa hazırlaşır.  

Nizam Nuriyev 




Baxış sayı: 125

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Yanvar 2018

16 01 2018

16/01/18
Yuxunun keyfiyyətini yaxşılaşdıran qurğu təqdim edilib

Rahat yatmağın sağlamlıq üçün çox faydalı olmasını sübut edən dəlillər daima artmaqdadır,

16/01/18
“Apple” istifadəçilərinə qarşı yeni haker hücumu aşkar edilib

“Eset” antivirus şirkəti “Apple” texnikasından istifadə edənlərə qarşı həyata keçirilən yeni haker hücumu 

16/01/18
“ARC” prosessorları üçün ilk zərərli proqram təminatı aşkarlanıb

2016-cı ilin avqustunda məşhur “Mirai” virusunu ilk dəfə aşkarlayan “MalwareMustDie” tədqiqat qrupunun 

16/01/18
Oxunulan mətnin anlanması testində insan göstəricilərini üstələyən alqoritmlər yaradılıb

Çinin “Alibaba” şirkəti oxunulan mətnin başa düşülməsi testində insan göstəricilərini üstələyən süni intel

16/01/18
Smartfonlar üçün özü bərpa olunan unikal material yaradılıb

Mobil bazar investor və müxtəlif tədqiqat şirkətləri üçün çox cəlbedicidir, ona görə ən qabaqcıl texnologiyalar 

16/01/18
“Windows 10” sistemi qlobal əməliyyat sistemləri bazarının 33%-nə nəzarət edir

“NetMarketShare” servisinin məlumatına görə, “Windows 10” platforması qlobal əməliyyat sistemləri 

16/01/18
“App Store” rəqəmli mağazası tezliklə gəlir həcminə görə dünya kino sənayesini ötəcək

Bu il “iOS” sistemli qurğular üçün proqram və oyunlar satılan “App Store” rəqəmli məzmun mağazası 

16/01/18
Çində saniyədə kvintillion əməliyyat yerinə yetirə biləcək superkompüter hazırlanır

Çin alimləri 2020-ci ilədək hesablama gücü saniyədə kvintillion əməliyyat yerinə yetirməyə imkan verəcək 

16/01/18
Sinqapurda suyun keyfiyyətinin yoxlanılması üçün robotlardan istifadəyə başlanacaq

Sinqapur hakimiyyəti 5 yerli su anbarında suyun keyfiyyətinin yoxlanılması üçün robot qu quşlarından