12px13px15px17px
Tarix:06/10/11

“Google”, “Microsoft” və “Facebook” yaradıcıları Stiv Cobsun ölümünə görə çox məyus olublar

Bu gün “Apple” şirkətinin banisi Stiv Cobsun dünyasını dəyişməsi məlum olub. Dünyanın ən böyük İT şirkətlərinin liderləri artıq bu barədə başsağlığı ilə bağlı bəyanatlarını dərc ediblər.

«Stiv, təşəkkür sənə, sən mənə müəllim və dost idin. Təşəkkür, ona görə ki, sən əlinin zəhməti ilə dünyanı necə dəyişdirə biləcəyini mənə göstərdin. Mən sənin üçün darıxacağam" – “Facebook” banisi Mark Sukerberq sosial şəbəkədə öz profilində yazıb.

"Mən Stivin ölüm xəbərini eşitdikdə çox məyus oldum. O, inanılmaz nailiyyətləri və qeyri-adı istedadı ilə böyük insan idi. O, çox xeyirxah insan idi.

Mən “Google”-un icraçı direktoru olduqda o, mənimlə əlaqə saxladı və öz məsləhət və biliyini təklif etdi, hərçənd ki, o, həmin vaxt tamamilə sağlam deyildi.

Mən və “Google”-un digər nümayəndələri onun ailəsi və “Apple” işçilərinin kədərinə şərikik" – “Google”-un rəhbəri Larri Peyc yazıb.

"Mən Stiv Cobsun ölüm xəbərini bildikdə, həqiqətən də sarsıldım. Melinda və mən onun ailəsinə, dostlarına və onu sevənlərə səmimi başsağlığımızı bildiririk.

Stiv və mən ilk dəfə təxminən 30 il əvvəl görüşmüşük və həyatımızın yarıdan çox müddəti ərzində kolleqa, rəqib, dost olmuşuq. Dünyada nadir hallarda elə insanlar olur ki, onlar dünyaya o qədər güclü təsir edirlər ki, nailiyyətlərinin effekti uzun illər boyu hiss olunsun.

Stiv məhz belə nadir insanlardan idi. Onunla işləmək kimə qismət olubsa, bu, mənim üçün şərəfdir. Mən Stiv üçün son dərəcə darıxacağam" – “Microsoft” banisi Bill Qeytsin bəyanatında deyilib.



Baxış sayı: 1440

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024