Tarix:06/05/17
Nazirliyin kollektivi Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.
Daha sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ulu öndərin xatirəsini anım mərasimi keçirilib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin keçdiyi ömür yolunu əks etdirən filmə baxış olub.
Sonra çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ümummilli liderin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən söz açıb. Nazir ulu öndərin Azərbaycanın gələcək hərtərəfli inkişafının təməlini qoyduğunu qeyd edib.
Heydər Əliyevi görkəmli dövlət xadimi və müdrik siyasətçi kimi xarakterizə edən R.Quluzadə onun gərgin səyləri nəticəsində ölkəmizdə sabitliyin, sülh və əmin-amanlığın, siyasi islahatların, demokratikləşmə, iqtisadi yüksəliş və sosial rifahın bərqərar olduğunu vurğulayıb.
Nazir Heydər Əliyevin respublika iqtisadiyyatının bütün sahələrinə, o cümlədən nəqliyyatın inkişafına, yeni nəqliyyat infrastrukturunun yaradılmasına böyük önəm verdiyini bildirib.
“Onun rəhbərliyi nəticəsində dəmir yolunda, hava və su nəqliyyatında əsaslı işlər aparıldı, yük və sərnişin daşımalarında intensivlik artdı, daşımaların həcmi yüksəldi. Şəhər nəqliyyatı, metropoliten sürətlə inkişaf etdi, yeni stansiyalar tikildi, sərnişin nəqliyyatı parkı yeniləndi”- deyə nazir qeyd edib.
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində nəqliyyatla yanaşı, rabitənin də inkişafına xüsusi diqqət göstərdiyini qeyd edən nazir onun uzaqgörən siyasəti nəticəsində rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsinin müasir tələblər səviyyəsinə çatdırılması üçün geniş islahatlar aparıldığını bildirib.
“Ulu öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəni prioritet elan etməsi və sahənin inkişafını daim diqqət mərkəzində saxlaması sayəsində biz də informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı üçün səylərimizi əsirgəmirik”.
Digər çıxışçılar müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat yolundan, vətən və xalq qarşısında tarixi xidmətlərindən, o cümlədən Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan nailiyyətlərdən bəhs ediblər. Qeyd olunub ki, ümummilli liderin uzaqgörən siyasəti nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı inkişafı üçün möhkəm zəmin yaradıb.
Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində anım mərasimi keçirilib
Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Fəxri Xiyabanda ulu öndərin məzarını ziyarət ediblər.Nazirliyin kollektivi Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.
Daha sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ulu öndərin xatirəsini anım mərasimi keçirilib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin keçdiyi ömür yolunu əks etdirən filmə baxış olub.
Sonra çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ümummilli liderin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən söz açıb. Nazir ulu öndərin Azərbaycanın gələcək hərtərəfli inkişafının təməlini qoyduğunu qeyd edib.
Heydər Əliyevi görkəmli dövlət xadimi və müdrik siyasətçi kimi xarakterizə edən R.Quluzadə onun gərgin səyləri nəticəsində ölkəmizdə sabitliyin, sülh və əmin-amanlığın, siyasi islahatların, demokratikləşmə, iqtisadi yüksəliş və sosial rifahın bərqərar olduğunu vurğulayıb.
Nazir Heydər Əliyevin respublika iqtisadiyyatının bütün sahələrinə, o cümlədən nəqliyyatın inkişafına, yeni nəqliyyat infrastrukturunun yaradılmasına böyük önəm verdiyini bildirib.
“Onun rəhbərliyi nəticəsində dəmir yolunda, hava və su nəqliyyatında əsaslı işlər aparıldı, yük və sərnişin daşımalarında intensivlik artdı, daşımaların həcmi yüksəldi. Şəhər nəqliyyatı, metropoliten sürətlə inkişaf etdi, yeni stansiyalar tikildi, sərnişin nəqliyyatı parkı yeniləndi”- deyə nazir qeyd edib.
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində nəqliyyatla yanaşı, rabitənin də inkişafına xüsusi diqqət göstərdiyini qeyd edən nazir onun uzaqgörən siyasəti nəticəsində rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsinin müasir tələblər səviyyəsinə çatdırılması üçün geniş islahatlar aparıldığını bildirib.
“Ulu öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəni prioritet elan etməsi və sahənin inkişafını daim diqqət mərkəzində saxlaması sayəsində biz də informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı üçün səylərimizi əsirgəmirik”.
Digər çıxışçılar müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat yolundan, vətən və xalq qarşısında tarixi xidmətlərindən, o cümlədən Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan nailiyyətlərdən bəhs ediblər. Qeyd olunub ki, ümummilli liderin uzaqgörən siyasəti nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı inkişafı üçün möhkəm zəmin yaradıb.
Baxış sayı: 549
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı