12px13px15px17px
Tarix:08/05/17

Onuncu rüb ardıcıl olaraq planşet bazarının həcmi azalır

2010-cu ildə “iPad” planşet kompüterini təqdim edən “Apple” şirkəti planşet kompüterləri seqmentinin populyarlığına start verib. Başqa şirkətlər sözügedən qurğunun “Android” sistemi ilə işləyən analoqunun istehsalına başlayıblar. Geridə qoyduğumuz 7 ildə smartfonlarda displeyin diaqonalı nəzərəçarpacaq dərəcədə böyüdüldüyünə görə istifadəçilərin əksəriyyəti planşetlərdən imtina ediblər. İstehsalçılar daha gec-gec yeni modellər buraxmağa başlayıblar. Müxtəlif hesabatlar bunu təsdiq edir. Məsələn, “International Data Corporation” şirkətinin yeni hesabatına görə, cari ilin birinci rübündə planşetlərin tədarük həcmi ötən ilin birinci rübü ilə müqayisədə 8.5% azalıb. Ümumilikdə 36,2 milyon qurğu tədarük edilib. Artıq onuncu rüb ardıcıl planşetlərin tədarük həcmi azalır.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Apple” şirkəti planşet bazarının lideridir. Hesabat dövründə adıçəkilən şirkət 8,9 milyon planşet tədarük edib. “Samsung” şirkəti ikinci yeri tutub. Növbəti yerləri “Huawei”, “Amazon” və “Lenovo” şirkətləri tutublar.

Emil Hüseynov




Baxış sayı: 590

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024