12px13px15px17px
Tarix:10/05/17

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş qanvermə aksiyası keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının, qurum və müəssisələrinin əməkdaşlarının iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş qanvermə aksiyası keçirilib.
 
Aksiya “Qan ver, həyat bəxş et!” şüarı altında təşkil olunub.
 
YAP Səbail rayon təşkilatının təşəbbüsü, Azərbaycan Talassemiya Federasiyası və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə keçirilən qanvermə aksiyasında nazirliyin qurum və müəssisələrinin 100-ə qədər əməkdaşı talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan veriblər.
 
Könüllülük prinsipi əsasında keçirilən aksiyaya “Azərpoçt” MMC, “AzIntelecom” MMC, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, Məlumat Hesablama Mərkəzi,  Dövlət Radiotezliklər İdarəsi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, “Teleradio” İstehsalat Birliyi və  Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşları qoşulub.   
Eyni zamanda, “Azərkosmos” ASC-də də Elmi Tədqiqat və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının dəstəyi ilə növbəti qanvermə aksiyası baş tutub.
 
Məlumat üçün bildirək ki, dünyada hər iki saniyədə bir nəfərin qana ehtiyacı olur. Qan donorluğu nəinki həmin insanların həyatını xilas edir, həm də qan donorunun sağlamlığına müsbət təsir göstərir. Belə ki, qanvermə ürək-damar xəstəlikləri və şəkərli diabet riskini azaldır və immun sisteminə müsbət təsir göstərir.












Baxış sayı: 555

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024