12px13px15px17px
Tarix:11/05/17

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsi ilə əlaqədar infosessiya keçirilib

11 may 2017-ci il tarixində Bakı Mühəndislik Universitetində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsi ilə əlaqədar adıçəkilən ali məktəbin tələbələri üçün infosessiya keçirilib.
 
Tədbirdə Bakı Mühəndislik Universitetinin (BMU) rektoru professor Havar Məmmədov açılış nitqi ilə çıxış edərək yeni yaranan universitet haqqında məlumat verib.
 
Fondun icraçı direktoru Elçin Zeynalov çıxışında görüşün məqsədi və Fondun startap layihələrinə göstərdiyi dəstək barədə söz açıb.
 
Samir Məmmədov isə BMU-da fəaliyyət göstərən və rəhbərlik etdiyi Texnoparkın fəaliyyətindən danışıb.
 
Daha sonra isə Fondun əməkdaşları tərəfindən cari qrant müsabiqəsinin şərtləri və seçim prosesi barədə məlumat verilib. Tədbir iştirakçılar arasında maraqlı diskussiyalarla davam etdirilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.
 
Məlumat üçün bildirək ki, Fondun bu günə qədər keçirdiyi 4 qrant müsabiqəsinə təqdim olunmuş 582 innovativ və tətbiqi elmi-texniki layihədən 91-nə qrant ayrılıb. Cari qrant müsabiqəsinə layihələrin qəbulu 10 aprel 2017-ci il tarixindən başlayıb və hazırda davam edir. Layihələrin qəbulu 9 iyun 2017-ci il tarixində saat 18:00-da başa çatır. Qrant müsabiqələrinə layihələrin qəbulu fondun rəsmi internet saytındakı (www.ictfund.gov.az) e-qrant bölməsindən təqdim oluna bilər.
 
 
Qeyd edək ki, Fondun qrant müsabiqələrinin keçirilməsində əsas məqsəd gənclərin intellektual biznes, innovativ sahibkarlıq və İKT sahəsinə marağını artırmaq, bu sahədə kütləviliyi təmin etməkdən ibarətdir. Fond ali təhsil müəssisələrində yeni biznes inkubatorlarının yaradılmasına dəstək verir, həmçinin mövcud inkubatorlarda layihələrə dəstək məqsədi ilə mütəmadi infosessiyalar keçirilir.










Baxış sayı: 9

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 May 2018

22 05 2018

22/05/18
“Hökumət buludu”nun yaradılması istiqamətində Belarus təcrübəsi öyrənilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom

22/05/18
“Microsoft” süni intellekt sahəsində həllərlə məşğul olan şirkət satın alıb

“Microsoft” korporasiyası süni intellekt sahəsində həllərlə məşğul olan “Semantic Machines” şirkətini satın alıb.

22/05/18
Psixi xəstə uşaqlara kömək edəcək oyun platforması yaradılıb

Yeni “Mightier” oyun platforması oyunların uşaqların psixikasına təsir göstərməsi faktını sübut edir.

22/05/18
Dronlar suda batanları xilas edəcək

Almaniyanın Baltik dənizi sahilində çimərlik mövsümü ilə əlaqədar suda batan insanların xilası 

22/05/18
“Facebook” səsli paylaşım funksiyasını istifadəyə verməyə hazırlaşır

“Facebook” sosial şəbəkəsi səsli paylaşım funksiyasını istifadəyə verib: indi istifadəçilər tərəfindən yazılacaq 

22/05/18
Robotlar dünyanın ən kiçik evini tikiblər

Fransa alimləri 300 х 300 mikrometr ölçüsündə miniatür ev modeli yaradıblar.

22/05/18
Süni dəri yaradılıb

Privoljsk Tədqiqat Tibb Universitetinin həkimləri insanın dərisinin analoqunu hazırlayıblar. Süni dəri qan 

22/05/18
Eşitmə qüsurlu insanlar üçün sosial şəbəkələrdə ünsiyyət vasitəsi kəşf edilib

ABŞ-ın Corciya Dövlət Universitetinin mühəndisləri internetdə jestlərlə ünsiyyətə imkan verə