Tarix:15/05/17
Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, "AzInTelecom"un TIER III və ISO 20000 beynəlxalq sertifikatlarına malik Data Mərkəzində təqdim etdiyi bulud texnologiyalarına əsaslanan "İnfrastruktur xidmət kimi" ("IaaS") həlləri sayəsində "Bakı Abadlıq Xidməti" MMC əlavə texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən məlumat itkisi ilə bağlı riskləri minimuma endirən etibarlı infrastruktur əldə edəcək.
Bu da öz növbəsində, digər maliyyə xərclərinə və vaxta qənaət olunmasına imkan yaradacaq.
Büdcə xərclərinin optimallaşdırılması və idarəetmənin avtomatlaşdırılmasına yönələn "IaaS" xidmətləri (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, "backup" və digər) çoxsaylı yerli və xarici şirkətləri Data Mərkəzinin imkanlarından istifadə etməyə sövq edir.
İş prinsipi müasir texnologiyalardan istifadə və biznesdə etibarlılıq olan "Bakı Abadlıq Xidməti"nin də öz məlumatlarını Data Mərkəzində yerləşdirilməsi İaaS həllərinin üstünlüklərinə daha bir misaldır.
Məlumat üçün bildirək ki, "Bakı Abadlıq Xidməti" məsləhətlərin verilməsi və üçölçülü kompüter proqramlarından istifadə etməklə layihələrin hazırlanmasından obyektin hazır şəkildə təhvil verilməsinədək, sahənin tikintisi, abadlaşdırılması, yaşıllaşdırılması və qulluq edilməsi üzrə kompleks həllər təklif edir.
“AzInTelecom” və "Bakı Abadlıq Xidməti” arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC "Bakı Abadlıq Xidməti" MMC ilə əməkdaşlığa başlayır.Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, "AzInTelecom"un TIER III və ISO 20000 beynəlxalq sertifikatlarına malik Data Mərkəzində təqdim etdiyi bulud texnologiyalarına əsaslanan "İnfrastruktur xidmət kimi" ("IaaS") həlləri sayəsində "Bakı Abadlıq Xidməti" MMC əlavə texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən məlumat itkisi ilə bağlı riskləri minimuma endirən etibarlı infrastruktur əldə edəcək.
Bu da öz növbəsində, digər maliyyə xərclərinə və vaxta qənaət olunmasına imkan yaradacaq.
Büdcə xərclərinin optimallaşdırılması və idarəetmənin avtomatlaşdırılmasına yönələn "IaaS" xidmətləri (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, "backup" və digər) çoxsaylı yerli və xarici şirkətləri Data Mərkəzinin imkanlarından istifadə etməyə sövq edir.
İş prinsipi müasir texnologiyalardan istifadə və biznesdə etibarlılıq olan "Bakı Abadlıq Xidməti"nin də öz məlumatlarını Data Mərkəzində yerləşdirilməsi İaaS həllərinin üstünlüklərinə daha bir misaldır.
Məlumat üçün bildirək ki, "Bakı Abadlıq Xidməti" məsləhətlərin verilməsi və üçölçülü kompüter proqramlarından istifadə etməklə layihələrin hazırlanmasından obyektin hazır şəkildə təhvil verilməsinədək, sahənin tikintisi, abadlaşdırılması, yaşıllaşdırılması və qulluq edilməsi üzrə kompleks həllər təklif edir.
Baxış sayı: 458
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır