Tarix:16/05/17
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, raket orbitə təyyarə və gəmi sərnişinləri üçün genişzolaqlı internetə çıxışı təmin edəcək "Inmarsat-5 F4" telekommunikasiya peykini çıxarıb. Seriyada dördüncü və sonuncu olmaqla qlobal "Global Xpress" peyk şəbəkəsinin yaradılmasını tamamlayacaq aparat ABŞ-ın "Boeing" şirkəti tərəfindən hazırlanıb. Peykin proqnozlaşdırılan istismar müddəti 15 il təşkil edir.
Məlumata görə, bu ilin martında "SpaceX" ilk pilləsi kosmosa göndərilən "Falcon 9" raketdaşıyıcısının buraxılışını həyata keçirib. Doqquz dəqiqə sonra raket Atlantik okeanda yerləşən platformaya uğurlu eniş edib.
Mayın 4-də "SpaceX" şirkətinin vitse-prezidenti Patrisiya Kuper şirkətin internetin paylanması üçün 2024-cü ilədək dörd mindən çox peyk buraxmaq niyyətində olmasını açıqlayıb. Onun sözlərinə görə, şirkət 2017-ci ildə prototiplərin sınaqlarına başlayacaq və ilk peyki ilin sonunadək buraxacaq. İkinci aparatın Yerətrafı orbitə 2018-ci ildə çıxarılması nəzərdə tutulur.
Nizam Nuriyev
Yeni peyk təyyarələri “Wi-Fi” şəbəkəsi ilə təchiz edəcək
Kanaveral kosmodromunda ABŞ-ın məşhur iş adamı İlon Maska məxsus özəl "SpaceX" şirkətinin "Falcon 9" raketdaşıyıcısının uğurlu buraxılışı həyata keçirilib."ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, raket orbitə təyyarə və gəmi sərnişinləri üçün genişzolaqlı internetə çıxışı təmin edəcək "Inmarsat-5 F4" telekommunikasiya peykini çıxarıb. Seriyada dördüncü və sonuncu olmaqla qlobal "Global Xpress" peyk şəbəkəsinin yaradılmasını tamamlayacaq aparat ABŞ-ın "Boeing" şirkəti tərəfindən hazırlanıb. Peykin proqnozlaşdırılan istismar müddəti 15 il təşkil edir.
Məlumata görə, bu ilin martında "SpaceX" ilk pilləsi kosmosa göndərilən "Falcon 9" raketdaşıyıcısının buraxılışını həyata keçirib. Doqquz dəqiqə sonra raket Atlantik okeanda yerləşən platformaya uğurlu eniş edib.
Mayın 4-də "SpaceX" şirkətinin vitse-prezidenti Patrisiya Kuper şirkətin internetin paylanması üçün 2024-cü ilədək dörd mindən çox peyk buraxmaq niyyətində olmasını açıqlayıb. Onun sözlərinə görə, şirkət 2017-ci ildə prototiplərin sınaqlarına başlayacaq və ilk peyki ilin sonunadək buraxacaq. İkinci aparatın Yerətrafı orbitə 2018-ci ildə çıxarılması nəzərdə tutulur.
Nizam Nuriyev
Baxış sayı: 468
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır