12px13px15px17px
Tarix:01/06/17

“Aztelekom”dan internet istifadəçilərinə şad xəbər

"Aztelekom" MMC bu gündən etibarən "SAF" – təhlükəsiz internet xidmətinin tətbiqinə başlayıb.
 
Geniş seçim imkanı yaradan xidmət sürətli informasiya axınında istifadəçini internet təhlükələrindən, o cümlədən viruslu, arzuolunmaz məzmunlardan və  zorakılığı təbliğ edən zərərli kontentlərdən qoruyur.
 
"Aztelekom.net" internet provayderinin abunəçiləri üçün təklif edilən bu xidmət insanların, əsasən də azyaşlı uşaqların psixologiyasına mənfi təsir edən veb səhifələri filtrasiya edib, cinayətkarlıq, əxlaqsızlıq və aqressivliyi əks etdirən internet saytlarına girişi nəzarətə götürür, arzuolunmaz saytların girişinə qadağa qoyur.
 
 Uşaqlar arzuolunmaz saytlara daxil olmaq istədikdə "SAF" bu səhifələri girişi məhdudlaşdırır.
 
Bu xidmətdən yalnız azyaşlı uşaqların valideyinləri deyil, eləcə də iş saatlarında effektivliyin artırılması məqsədi ilə hüquqi şəxslər də istifadə edə bilərlər.
 
 
Xidmətdən istifadə qaydaları isə olduqca sadədir.
 
İstifadəçi "ağ siyahı" yaradaraq, arzuolunan internet resurslarının siyahısını tərtib edir. Eyni zamanda təhlükəli resursları "qara siyahı"ya salaraq, onlardan istifadəni məhdudlaşdıra bilir.
 
Həmçinin, istifadəçi istədiyi vaxt filtri deaktivləşdirir, arzu etdiyi veb resurslara daxil olur, daha sonra isə deaktiv etdiyi resursu aktiv edə bilir.
 
Qeyd edək ki, istifadəçilər 9 rayonun (Abşeron, İmişli, Naftalan, Göyçay, Şirvan, Lənkəran, Qəbələ, Oğuz və Hacıqabul) ərazisində SAF-təhlükəsiz internet xidmətindən test rejimində yararlanıblar. 




Baxış sayı: 932

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024