Tarix:05/06/17
“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, buna səbəb kimi istifadəçi barədə məxfi məlumatın şifrlənməməsi və mümkün ələ keçirilməsi qeyd olunur. Məlumata görə, sayt sahibi sertifikatı quraşdırdıqdan sonra “Google” təkrar yoxlanışdan sonra xəbərdarlığı ləğv edəcək.
Bildirilir ki, şifrləmədən istifadə sayt istifadəçilərinin təhlükəsizliyinin təmini üçün nəzərdə tutulub. “Google Chrome” brauzeri uzun müddətdir təhlükəsiz protokoldan istifadə etməyən saytları qırmızı üçbucaqla işarələyir. Bu dəfə isə şirkət saytların “qara siyahı”sını tərtib edib. Siyahıya daxil edilən sayt üçün internet trafikinin həcmi 95 faiz azaldıla bilər. Bu, istifadəçilərin təhlükəsizliyini qorumağa kömək edəcək, eləcə də sayt sahibinə təhlükəsiz protokola keçməyin zəruri olmasını bildirəcək.
Qeyd edək ki, internet saytından istifadə müddəti “Google”da reytinqə təsir göstərən başlıca amildir. Bu onunla əlaqədardır ki, cinayətkarlar fişinq hücumlarında qeydiyyatdan yeni keçən, “qara siyahı”ya düşməyən domenlərdən istifadə edirlər. Yəni, yeni saytlar reputasiya qazanmalı olduğu halda, bir neçə il əvvəl qeydiyyata alınan domenlər müəyyən nüfuza malikdirlər.
Nizam Nuriyev
“HTTP” protokolundan istifadə edən yeni saytlar “qara siyahı”ya salınacaq
“Google” şirkəti “HTTP” protokolundan istifadə edən yeni saytları “qara siyahı”ya daxil etməyi planlaşdırır.“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, buna səbəb kimi istifadəçi barədə məxfi məlumatın şifrlənməməsi və mümkün ələ keçirilməsi qeyd olunur. Məlumata görə, sayt sahibi sertifikatı quraşdırdıqdan sonra “Google” təkrar yoxlanışdan sonra xəbərdarlığı ləğv edəcək.
Bildirilir ki, şifrləmədən istifadə sayt istifadəçilərinin təhlükəsizliyinin təmini üçün nəzərdə tutulub. “Google Chrome” brauzeri uzun müddətdir təhlükəsiz protokoldan istifadə etməyən saytları qırmızı üçbucaqla işarələyir. Bu dəfə isə şirkət saytların “qara siyahı”sını tərtib edib. Siyahıya daxil edilən sayt üçün internet trafikinin həcmi 95 faiz azaldıla bilər. Bu, istifadəçilərin təhlükəsizliyini qorumağa kömək edəcək, eləcə də sayt sahibinə təhlükəsiz protokola keçməyin zəruri olmasını bildirəcək.
Qeyd edək ki, internet saytından istifadə müddəti “Google”da reytinqə təsir göstərən başlıca amildir. Bu onunla əlaqədardır ki, cinayətkarlar fişinq hücumlarında qeydiyyatdan yeni keçən, “qara siyahı”ya düşməyən domenlərdən istifadə edirlər. Yəni, yeni saytlar reputasiya qazanmalı olduğu halda, bir neçə il əvvəl qeydiyyata alınan domenlər müəyyən nüfuza malikdirlər.
Nizam Nuriyev
Baxış sayı: 674
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib