12px13px15px17px
Tarix:07/10/11

Uşaq internet portalı yaradılır

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Uşaq İnternet portalının yaradılması” layihəsinin ilkin təqdimat mərasimini keçirib.

Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyası, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı, eləcə də aidiyyətli rəsmi qurumlar, görkəmli mədəniyyət və incəsənət xadimləri, uşaq yaradıcılıq kollektivlərinin təmsilçiləri, yerli QHT-lərin beynəlxalq təşkilatının rəsmiləri və s. iştirak edib.

ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova layihə haqqında ətraflı məlumat verib.

Qeyd edib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2011-ci ildə keçirdiyi qrant müsabiqəsində qalib gəlib.

Onun sözlərinə görə, cari ilin 15 sentyabr -15 dekabr tarixi ərzində reallaşacaq layihənin məqsədi Azərbaycanda uşaq və yeniyetmələrin mədəni inkişafı üçün yaradılmış imkanları müasir elektron texnologiyalar vasitəsi ilə dünya ictimaiyyətinə təqdim etməkdir.

Daha sonra tədbirdə iştirak edənlər yeni yaradılacaq portalın strukturu və orada yerləşdiriləcək məlumatların müzakirəsində fəal iştirak ediblər.



Baxış sayı: 2628

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024