12px13px15px17px
Tarix:19/06/17

Dünyanın ən güclü superkompüterlərinin reytinqi dərc olunub

“TOP500” təşkilatı dünyanın ən güclü superkompüterlərinin ənənəvi reytinqinin növbəti versiyasını dərc edib.

“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, il ərzində hesablama sistemlərinin ümumi məhsuldarlığı 11 faiz - 672 petaflopsdan 749 petaflopsadək (saniyədə 1015 hesablama) artıb. Birinci yeri rəqiblərdən böyük fərqlə 93 petaflops göstərici ilə Çinin “Sunway TaihuLight” superkompüteri tutub.

İkinci yerdə Çinin daha bir kompüteri - son 3 ildə reytinqə başçılıq edən “Tianhe-2” (göstərici 33,9 petaflops) qərarlaşıb. Üçüncü pillədə İsveçrənin “Piz Daint” (Cray XC50) superkompüteri (nəticə 19,6 petaflops) yer alıb. 

Həmçinin, ilk beşliyə iki ABŞ kompüteri - 17,6 petaflops göstərici ilə “Titan” (Cray XK7) və 17,2 petaflops nəticəyə malik “Sequoia” (IBM BlueGene/Q) daxildir.

Nizam Nuriyev 




Baxış sayı: 474

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024