Tarix:22/06/17
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2016-cı ilin sonuna olan məlumata görə, dünyada 3,3 milyard internet istifadəçisi qeydə alınıb. 2021-ci ilə bu göstərici 4,6 milyard nəfər (planet əhalisinin 58%-i) təşkil edəcək. “Cisco Visual Networking Index Complete Forecast” adlı hesabata əsasən, bu dövr üçün qlobal veb trafikin həcmi üç dəfə artaraq 3,3 Zbayta yaxınlaşacaq.
“Cisco” analitiklərinin proqnozuna əsasən, 2021-ci ilə "əşyalar interneti" proqramlarını dəstəkləyən kompüterlərarası qoşulmaların payı bütün qurğu və qoşulmaların ümumi sayını (27,1 milyard) 50% ötəcək. "Ağıllı" evlər, "ağıllı" səhiyyə, "ağıllı" avtomobillər və nəqliyyat, həmçinin yeni nəsil kompüterlərarası əlaqə üzrə başqa xidmətlərlə bağlı “əşyalar interneti” innovasiyalarının inkişafı buna imkan yaradacaq.
Qlobal miqyasda yeni videoservislərin sayı 15 dəfə artacaq, 2021-ci ilə ümumi videotrafik həcmində onların payı 13%-ə yaxınlaşacaq.
Yalnız birbaşa axınlı yayım əyləncə gündəliyini formalaşdırmayacaq: virtual və artırılmış reallıq xidmətləri populyarlaşır. 2021-ci ilə VR/AR üzrə qlobal trafik 20 dəfə artacaq və dünya əyləncə trafikinin 1%-ni təşkil edəcək.
Emil Hüseynov
2021-ci ilə planetdə insanların 50%-dən çoxu internetdən istifadə edəcək
Şəbəkə avadanlığının istehsalı üzrə ixtisaslaşmış “Cisco” şirkətinin proqnozuna görə, 4 il sonra planetdə insanların 50%-dən çoxu internetdən istifadə edəcək.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2016-cı ilin sonuna olan məlumata görə, dünyada 3,3 milyard internet istifadəçisi qeydə alınıb. 2021-ci ilə bu göstərici 4,6 milyard nəfər (planet əhalisinin 58%-i) təşkil edəcək. “Cisco Visual Networking Index Complete Forecast” adlı hesabata əsasən, bu dövr üçün qlobal veb trafikin həcmi üç dəfə artaraq 3,3 Zbayta yaxınlaşacaq.
“Cisco” analitiklərinin proqnozuna əsasən, 2021-ci ilə "əşyalar interneti" proqramlarını dəstəkləyən kompüterlərarası qoşulmaların payı bütün qurğu və qoşulmaların ümumi sayını (27,1 milyard) 50% ötəcək. "Ağıllı" evlər, "ağıllı" səhiyyə, "ağıllı" avtomobillər və nəqliyyat, həmçinin yeni nəsil kompüterlərarası əlaqə üzrə başqa xidmətlərlə bağlı “əşyalar interneti” innovasiyalarının inkişafı buna imkan yaradacaq.
Qlobal miqyasda yeni videoservislərin sayı 15 dəfə artacaq, 2021-ci ilə ümumi videotrafik həcmində onların payı 13%-ə yaxınlaşacaq.
Yalnız birbaşa axınlı yayım əyləncə gündəliyini formalaşdırmayacaq: virtual və artırılmış reallıq xidmətləri populyarlaşır. 2021-ci ilə VR/AR üzrə qlobal trafik 20 dəfə artacaq və dünya əyləncə trafikinin 1%-ni təşkil edəcək.
Emil Hüseynov
Baxış sayı: 554
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib