12px13px15px17px
Tarix:22/06/17

“Elektron hökumət” portalının “Android” mobil əlavəsindəki elektron xidmətlərin sayı artırıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin operatoru olduğu "Elektron hökumət" portalının mobil tətbiqinin "Android" versiyası yenilənib. Bu mobil əlavə vasitəsilə bir çox elektron xidmətlər vətəndaşlara daha rahat və əlçatandır.

Belə ki, geniş istifadəçi auditoriyasına malik sözügedən mobil tətbiqin "Android" versiyasının "Elektron arayışlar" bölməsinə aşağıda adları çəkilən 5 elektron arayış əlavə olunub:

- İl ərzində rabitə xidmətləri üzrə ödənişlər haqqında arayış

- Vətəndaşın adına qeydiyyatda olan nəqliyyat vasitələri haqqında elektron arayış

- Vətəndaşın hərbi xidmət keçməsi barədə arayış

- Vətəndaşın hərbi qeydiyyatda olması barədə arayış

- Dənizçinin şəxsiyyət sənədi.


Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Sosial sığorta haqqında məlumat", və "Sığortaedənin uçot nömrəsinin öyrənilməsi"  elektron  xidmətlərindən də "Android" mobil əməliyyat sisteminin istifadəçiləri artıq yararlana bilərlər.

Hazırda "Elektron hökumət" portalı mobil tətbiqinin "Android" versiyasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 7Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2Daxili İşlər Nazirliyinin 1Səhiyyə Nazirliyinin 3, Ədliyyə Nazirliyinin 1 elektron xidməti, həmçinin 11 adda elektron arayış vətəndaşların istifadəsindədir.

Məlumat üçün bildirək ki, "Elektron hökumət" portalının mobil tətbiqinin "iOS" versiyası da istifadəçilərin ixtiyarındadır.

Hər iki mobil əlavəyə giriş "Elektron imza" kartı və istifadəçi adı/şifr vasitəsilə mümkündür.
Qeyd edək ki, sözügedən tətbiqləri müvafiq olaraq "AppStore" və "PlayStore" onlayn mağazalarında "Elektron hökumət" portalı yazıb axtarış etməklə mobil qurğunuza yükləyə bilərsiniz.

Yaranan suallarla bağlı "157 Zəng Mərkəzi"nə müraciət edə bilərsiniz.
 




Baxış sayı: 44

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Sentyabr 2017

25 09 2017

25/09/17
Azərbaycan “ITU Telecom World 2017” beynəlxalq sərgi-konfransında təmsil olunur

Cənubi Koreyanın Busan şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) illik ənənəvi “ITU Telecom 

25/09/17
Bu smartfonun kamerası “ən yaxşı” adına layiq görülüb

Kameraların peşəkar müqayisəsi ilə məşğul olan və “DxOMark” xidmətinə malik “DxO Labs” şirkəti 

25/09/17
Yeni robot insan kimi yeriməyi öyrənir

İsveçrə tədqiqatçıları daha təbii hərəkət etməyi öyrənən “COMAN” (Compliant Humanoid) robotunun 

25/09/17
Yaponiyada "ağıllı" geyim üçün elastik günəş panelləri yaradılıb

Yaponiyadan olan alimlər qrupu tərəfindən hazırlanmış elastik və su keçirməz günəş panelləri müxtəlif 

25/09/17
“Nokia 8” smartfonunun yeni versiyası satışa çıxarılacaq

Finlandiyanın “HMD Global” şirkəti qabaqcıl “Nokia 8” smartfon modelinin təkmilləşdirilmiş versiyasının 

25/09/17
Dünyanın ən qəribə smartfonlarının siyahısı dərc olunub

Ekspertlər dünyanın ən qəribə smartfon modellərinin reytinqini tərtib ediblər. 

25/09/17
İsveçrədə tibbi dronlar şəbəkəsi işə salınacaq

Dronlardan ibarət şəbəkə ən müxtəlif vəziyyətlərdə köməyə gələ bilər. Həm də söhbət yalnız məşhur internet 

25/09/17
“iPhone 8” smartfonunun satışlarında azalma qeydə alınıb

“NASDAQ” birjası “iPhone 8” smartfonunun satışa çıxarıldığı ilk günlərin “Apple” şirkəti üç

25/09/17
Bu klaviatura proqramı 200 milyon istifadəçini izləyir

“Android” mobil əməliyyat sistemi ilə işləyən qurğular üçün populyar klaviatura proqramlarından biri olan