Tarix:22/06/17
Azərbaycan Respublikası Prezidenti tərəfindən hər il "Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə" bir qrup dövlət qulluqçusu fəxri adlarla təltif edilirlər. Bu il də ölkə başçısının müvafiq Sərəncamı ilə 3 nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 46 nəfər "Tərəqqi" medalı, 142 nəfər isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə mükafatlandırılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı da təltif edilənlər sırasında yer alıb. Belə ki, Ellada Musayeva "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Eyni zamanda, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmrinə əsasən, 23 iyun – "Dövlət qulluqçularının peşə bayramı günü" münasibəti ilə nazirliyin bəzi əməkdaşları mükafatlandırılıb.
Uzunmüddətli və səmərəli əmək fəaliyyətlərini nəzərə alaraq Məmmədov İlqar, Mirəliyeva Gültən, Kərimova Lalə, Vəliyeva Sevinc, Kərimova Aygün, Müzəffərova Samirə "Fəxri fərman"la təltif ediliblər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə mükafatlandırıldı
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə iyunun 23-ü dünyada Dövlət Qulluğu Günü qeyd edilir. Ölkəmizdə də 2006-cı ildən Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolu nəzərə alınaraq bu təqvim "Dövlət qulluqçularının peşə bayramı günü" kimi təsis edilib.Azərbaycan Respublikası Prezidenti tərəfindən hər il "Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə" bir qrup dövlət qulluqçusu fəxri adlarla təltif edilirlər. Bu il də ölkə başçısının müvafiq Sərəncamı ilə 3 nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 46 nəfər "Tərəqqi" medalı, 142 nəfər isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə mükafatlandırılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı da təltif edilənlər sırasında yer alıb. Belə ki, Ellada Musayeva "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Eyni zamanda, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmrinə əsasən, 23 iyun – "Dövlət qulluqçularının peşə bayramı günü" münasibəti ilə nazirliyin bəzi əməkdaşları mükafatlandırılıb.
Uzunmüddətli və səmərəli əmək fəaliyyətlərini nəzərə alaraq Məmmədov İlqar, Mirəliyeva Gültən, Kərimova Lalə, Vəliyeva Sevinc, Kərimova Aygün, Müzəffərova Samirə "Fəxri fərman"la təltif ediliblər.
Baxış sayı: 936
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı