12px13px15px17px
Tarix:10/10/11

Stiv Cobsun ölümündən sonra tvitlərin sayı rekord həddə çatıb

“Twitter” mikrobloqlar şəbəkəsi bildirib ki, çərşənbə günü Stiv Cobsun ölümü haqqında xəbər ilə əlaqədar tvitlərin sayı rekord həddə çatıb. Pik anında tvitlərin sayı saniyədə 6049 olub. Müqayisə üçün: cari ilin may ayında Üsamə bin Ladenin qətli elan edildikdə, tvitlərin sayı saniyədə 5106 olub.

Bir çox İT şirkətlərinin rəhbərləri, siyasətçilər və 100 minlərlə sadə istifadəçi “Twitter” şəbəkəsindən Cobs haqqında xəbərlərin əldə edilməsi, həm də bu hadisə ilə bağlı öz xəbərlərinin göndərilməsi ilə əlaqədar ilkin kanal kimi istifadə ediblər.

“Twitter”dən bildiriblər ki, bir çox istifadəçilər Stiv Cobsun ölümü haqqında xəbərlərlə “iMac”, “iPhone” və ya “iPad” qurğuları vasitəsi ilə bölüşüblər.

Həmçinin “Twitter”dən bildiriblər ki, xəbər həcminin artmasına görə, cümə axşamı istifadəçilərin “Twitter”dəki səhifələri həmişəki kimi 2-3 saniyəyə deyil, 20-30 saniyəyə yüklənib.



Baxış sayı: 1644

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024