12px13px15px17px
Tarix:03/07/17

“Əşyalar interneti” üçün platformaların sayı 450-yə çatıb

Dünyada “Əşyalar interneti” (IoT) texnologiyaları üçün platformaların sayı 450-yə çatıb. Bu barədə “IoT Analytics” şirkətinin hesabatında deyilir. Ötən illə müqayisədə onların sayında 25 faiz artım qeydə alınıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Telecom Daily” resursuna istinadən yazır ki, tədqiqatçılar “IoT” platformalar bazarını ümumilikdə 13 vertikal seqmentə bölüblər. “Əşyalar interneti” üçün platforma həlləri hazırlayan şirkətlərin əksəriyyəti sənayedə (32 faiz), “ağıllı” şəhərlərdə  (21 faiz) və “ağıllı” evlər üçün həllərdə (21 faiz) cəmləşib. Ötənilki tədqiqatda “ağıllı” evlər seqmenti lider olsa da, hazırda vəziyyət dəyişib.
 
Tədqiqatda 40 ölkənin dörd yüz əlli platforması haqqında məlumatın göstərilməsinə baxmayaraq onların yarısından çoxu ABŞ şirkətləri tərəfindən hazırlanır. Bundan başqa, hazırda bazarın dinamik inkişaf etməsi səbəbindən əksər oyunçular bazara tez daxil olduqları kimi, tez də tərk edirlər: ötən il ərzində analitiklər tərəfindən 30 oyunçunun bazarı tərk etməsi qeydə alınıb.
 
Qeyd edək ki, “IoT” bir-biri ilə əlaqə üçün quraşdırılmış texnologiyalarla təchiz edilən fiziki əşyaların hesablama şəbəkəsi konsepsiyasıdır.
 
Nizam Nuriyev 




Baxış sayı: 523

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024