12px13px15px17px
Tarix:06/07/17

Gənclər Təşkilatları Milli Şurasına üzv təşkilatlar üçün “Elektron hökumət” mövzusunda seminar keçirilib

Gənclərin elektron hökumət sahəsi üzrə maarifləndirilməsi məqsədilə Elektron Hökumət Təlim-Tədris Mərkəzində (EHTTM) Məlumat Hesablama Mərkəzinin dəstəyi ilə seminar keçirilib. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv təşkilatlar üçün keçirilən seminarda “Elektron hökumət” portalı, dövlət elektron xidmətləri haqqında geniş məlumat verilib.
 
Seminarda çıxış edən EHTTM-in direktor vəzifələrini icra edən Rauf Cabbarov “Elektron hökumət” quruculuğu üzrə aparılan işlər barədə vətəndaşların maarifləndirilməsinin vacibliyini, proseslərin ictimai müstəvidə inkişafının elektron xidmətlərin istifadəsindən bilavasitə asılı olduğunu bildirib.
 
Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan  “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “İş yerindən arayış”, “Sığorta olunana məlumatın verilməsi”, həmçinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi”, “Mobil cihazların qeydiyyata alınması”, “POÇTAP - itirilmiş sənədlərin axtarışı” elektron xidmətləri portal üzərindən vətəndaşlara göstərilib, elektron arayışlar test edilib.
 
Seminarın növbəti sessiyasında elektron sənəd və elektron imza, o cümlədən elektron imzanın növləri, tətbiq sahələri diqqətə çatdırılıb, elektron imzalama prosesi əyani olaraq göstərilib. Seminarda daşıma və istifadə baxımından daha rahat olduğu  üçün vətəndaşların USB-Token formasında təqdim olunan elektron imzaya daha çox üstünlük verdiyi vurğulanıb. Qeyd edilib ki, bununla belə, kart daşıyıcıda olan imza sertifikatlarına tələbat var, çünki əksər vətəndaşlar bu zaman əldə etdikləri kart-oxuyucunu digər smart kartların da oxunmasında istifadə edirlər.
 
Müzakirələrlə davam edən seminarda elektron mühitin inkişafı ilə bağlı təkliflər də səsləndirilib. Sonda iştirakçılara “Elektron hökumət” portalından istifadə üçün istifadəçi adı və şifr verilib.















Baxış sayı: 128

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Noyabr 2017

18/11/17
2017-ci ilin birinci yarısında qlobal İT bazarı və biznes xidmətlərinin həcmi 4% yüksəlib

“IDC” analitik şirkətinin məlumatına görə, 2017-ci ilin birinci yarısında İT xidmətləri və biznes xidmətləri bazarında 

18/11/17
İstifadəçilər smartfon asılılığı təhlükəsini dərk etməyə başlayıblar

İnsanlar smartfonlardan həddən istifadə nəticəsində həyəcanlılıq, depressiya, yuxu problemi ilə üzləşə bilərlər

18/11/17
Yeni boşluq istifadəçidən xəbərsiz ekrandakı videonu yazır

“MWR InfoSecurity” şirkətinin mütəxəssisləri “Android” platforması üçün yeni eksploit aşkar ediblər

18/11/17
Çində vətəndaşların smartfonlar üzərindən elektron eyniləşdirilməsi tətbiq edilib

Uhan şəhərində yaşayan çinlilər indi kimliyi təsdiq edən sənədlərin əvəzinə, smartfonda xüsusi proqramdan 

17 11 2017

17/11/17
Yenilənmiş “Google Maps”dən istifadə asanlaşacaq

“Google” şirkəti “Google Maps” xəritəsinin dizaynını yeniləyib. Yaxın həftələrdə axtarış sisteminin xəritəsi mobil 

17/11/17
Yol patrul dronu konsepsiyası hazırlanıb

Koreyalı dizayner avtonom köməkçi pilotsuz uçan aparat konsepsiyası hazırlayıb. “Highway patrol drone

17/11/17
“WhatsApp” messencerində yeni səs funksiyası sınaqdan keçirilir

“WhatsApp” messencerinin yaradıcıları "push-to-talk" səsli mesaj funksiyasını 2013-cü ildə istifadəyə veriblər 

17/11/17
“Fujitsu” biznesi kiberhücumlardan qoruyacaq

Yaponiyanın texnoloji nəhəngi “Fujitsu” “EMEIA” regionu (Avropa, Yaxın Şərq, Hindistan, Afrika) ölkələrində 

17/11/17
“Vivo V7” smartfonu istifadəçini sifətinə görə tanıyacaq

“Vivo” şirkəti Çinin Şençjen şəhərində yeni “V7” smartfonunu təqdim edib. “ICTnews” Elektron Xə

17/11/17
Çərçivəsiz “Oneplus 5T” smartfonu rəsmən təqdim edilib

“Oneplus” şirkəti Bruklində yeni qabaqcıl smartfonunu təqdim edib. “Oneplus 5T” smartfonu çərçivəsiz 

17/11/17
“Nomu T18” smartfonu ratsiya rejimində işləyir

“Nomu” şirkəti zərbəyədavamlı və sukeçirməz korpusla təchiz edilən yeni mühafizəli “T18” smartfonunu