12px13px15px17px
Tarix:10/07/17

Virtual reallıq fiziki dünyaya nüfuz edir

“Ericsson ConsumerLab” tədqiqat bölməsində çalışan ekspertlərin qənaətinə görə, virtual (VR) və artırılmış (AR) reallıqların ən müxtəlif sahələrdə aktiv tətbiqi "birləşdirilmiş reallığ”ı (“merged reality”) formalaşdırır. “Birləşdirilmiş reallıq”da artırılmış, virtual və fiziki dünyalar arasındakı sərhədlər yoxa çıxır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “computerworld.ru” saytına istinadən yazır ki, rəyi soruşulmuş istifadəçilərin fikrincə, “VR/AR” texnologiyaları media, təhsil, iş, sosial ünsiyyət, səyahət və pərakəndə ticarət kimi sahələri tamamilə dəyişdirəcək. Həmçinin onlar əmindirlər ki, virtual məkan məktəb və ofisləri sıxışdırıb çıxaracaq, 1 il sonra virtual ekranlar televizor və teatrları əvəz edəcək. Respondentlərin 25%-i belə düşünür ki, gələn il “AR” texnologiyaları səyahətlər haqda informasiyanın əldə edilməsində istifadə olunacaq.
 
İstifadəçilərin fikrincə, aşağı mobillik, böyükölçülü qurğular və örtüyün eyni olmaması virtual reallığın yayılmasına mane olur. Bundan başqa, bir çoxları qeyd edir ki, bəzi “VR” proqramlardan istifadə zamanı yaranan yırğalanma da mühüm problemdir.
 
İstifadəçilərin qənaətinə görə, “5G” texnologiyası "birləşdirilmiş reallığ"ın inkişafında aparıcı rol oynayacaq. Respondentlərin 36%-i hesab edir ki, internetə sabit qoşulma imkanına malik və məlumatların yüksək sürətlə ötürülməsini təmin edən “5G” texnologiyası “VR/AR” qurğuların mobilliyini təmin edə bilər.
 
Emil Hüseynov




Baxış sayı: 119

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Sentyabr 2017

25 09 2017

25/09/17
Azərbaycan “ITU Telecom World 2017” beynəlxalq sərgi-konfransında təmsil olunur

Cənubi Koreyanın Busan şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) illik ənənəvi “ITU Telecom 

25/09/17
Bu smartfonun kamerası “ən yaxşı” adına layiq görülüb

Kameraların peşəkar müqayisəsi ilə məşğul olan və “DxOMark” xidmətinə malik “DxO Labs” şirkəti 

25/09/17
Yeni robot insan kimi yeriməyi öyrənir

İsveçrə tədqiqatçıları daha təbii hərəkət etməyi öyrənən “COMAN” (Compliant Humanoid) robotunun 

25/09/17
Yaponiyada "ağıllı" geyim üçün elastik günəş panelləri yaradılıb

Yaponiyadan olan alimlər qrupu tərəfindən hazırlanmış elastik və su keçirməz günəş panelləri müxtəlif 

25/09/17
“Nokia 8” smartfonunun yeni versiyası satışa çıxarılacaq

Finlandiyanın “HMD Global” şirkəti qabaqcıl “Nokia 8” smartfon modelinin təkmilləşdirilmiş versiyasının 

25/09/17
Dünyanın ən qəribə smartfonlarının siyahısı dərc olunub

Ekspertlər dünyanın ən qəribə smartfon modellərinin reytinqini tərtib ediblər. 

25/09/17
İsveçrədə tibbi dronlar şəbəkəsi işə salınacaq

Dronlardan ibarət şəbəkə ən müxtəlif vəziyyətlərdə köməyə gələ bilər. Həm də söhbət yalnız məşhur internet 

25/09/17
“iPhone 8” smartfonunun satışlarında azalma qeydə alınıb

“NASDAQ” birjası “iPhone 8” smartfonunun satışa çıxarıldığı ilk günlərin “Apple” şirkəti üç

25/09/17
Bu klaviatura proqramı 200 milyon istifadəçini izləyir

“Android” mobil əməliyyat sistemi ilə işləyən qurğular üçün populyar klaviatura proqramlarından biri olan