Tarix:13/07/17
Nazirliyin dəstəyi ilə fəaliyyət göstərən jurnalın Azərbaycan elminin təbliğində və dünya elmi fəzasına inteqrasiyasında əhəmiyyətli rol oynadığını nəzərə alaraq və Təsir Əmsalının artması münasibəti ilə onun uğurlarında zəhmətləri olan jurnalın həm baş redaktoru, akademik Fikrət Əliyev, baş redaktor müavini Nərgiz Səfərova, icraçı redaktor Nazilə Hacıyeva və redaktor assistentləri Nərgiz Hüseynova və Yeganə Məmmədovaya nazirliyin “Fəxri fərman”ları təqdim olunub.
Nəqliyyat, Rabitə və Yüksək Texnоlogiyalar Nazirliyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının təsis etdiyi bu jurnal, hələ ki, təsir əmsalına malik ilk və yeganə Azərbaycan jurnalıdır.
Qeyd etmək lazımdır ki, ACM jurnalı MDB məkanında bu istiqamət üzrə ən yüksək impakt faktora (1.333) malikdir, Şərqi Avropada isə 3-cü yeri tutur. Nəşr olunduğu 16 il müddətində bu jurnal 45 ölkədən 250-dən artıq beynəlxalq müəssisə ilə elmi mübadilə həyata keçirib.
İngilis dilində nəşr olunan jurnalda tətbiqi riyaziyyatın müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçən elmi məqalələr dərc edilir.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri beynəlxalq jurnalın əməkdaşlarını mükafatlandırdı
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə ABŞ-ın “Clarivate Analytics” şirkətinin (“Thomson Röyters” Agentliyi) 2016-cı il hesabatına əsasən, Təsir Əmsalı (Impact Factor) yüksələn “Applied and Computational Mathematics” (ACM) beynəlxalq jurnalının əməkdaşları mükafatlandırılıb.Nazirliyin dəstəyi ilə fəaliyyət göstərən jurnalın Azərbaycan elminin təbliğində və dünya elmi fəzasına inteqrasiyasında əhəmiyyətli rol oynadığını nəzərə alaraq və Təsir Əmsalının artması münasibəti ilə onun uğurlarında zəhmətləri olan jurnalın həm baş redaktoru, akademik Fikrət Əliyev, baş redaktor müavini Nərgiz Səfərova, icraçı redaktor Nazilə Hacıyeva və redaktor assistentləri Nərgiz Hüseynova və Yeganə Məmmədovaya nazirliyin “Fəxri fərman”ları təqdim olunub.
Nəqliyyat, Rabitə və Yüksək Texnоlogiyalar Nazirliyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının təsis etdiyi bu jurnal, hələ ki, təsir əmsalına malik ilk və yeganə Azərbaycan jurnalıdır.
Qeyd etmək lazımdır ki, ACM jurnalı MDB məkanında bu istiqamət üzrə ən yüksək impakt faktora (1.333) malikdir, Şərqi Avropada isə 3-cü yeri tutur. Nəşr olunduğu 16 il müddətində bu jurnal 45 ölkədən 250-dən artıq beynəlxalq müəssisə ilə elmi mübadilə həyata keçirib.
İngilis dilində nəşr olunan jurnalda tətbiqi riyaziyyatın müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçən elmi məqalələr dərc edilir.
Baxış sayı: 521
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı