Tarix:17/07/17
Aktivində artıq "ISO 20000" sertifikatı olan "AzInTelecom" "ISO 27001" sertifikatı ilə informasiya təhlükəsizliyini və məlumat mübadiləsinin təkmilləşdirilməsini, eləcə də, idarəçilikdə şəffaflığı stimullaşdıracaq.
Standartın xarakteristikasına əsasən, "AzInTelecom"un Data Mərkəzi və onun texniki imkanları informasiya təhlükəsizliyi standartlarına tam uyğundur. Bu o deməkdir ki, "AzInTelecom"un Data Mərkəzində yerləşdirilən məlumatlar kompleks təhlükəsizliklə təmin olunmaqla yanaşı, (24/7 rejimində fiziki və virtual təhlükəsizlik), sözügedən məlumatlara müştəri tərəfindən çıxış da avtomatlaşdırılaraq beynəlxalq standartlara uyğunlaşdırılıb. Eyni zamanda, beynəlxalq standart və prinsiplər biznes proseslərinin idarə olunmasına da şamil olunub.
"TIER III" beynəlxalq sertifikatına malik "AzInTelecom"un Data Mərkəzində "bulud" texnologiyalarına əsaslanan "İnfrastruktur xidmət kimi" (İaaS) həllər (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, "backup" və digər) təklif olunur. Büdcə xərclərinin optimallaşdırılması və idarəetmənin avtomatlaşdırılmasına yönələn "İaaS" xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün "www.datamerkezi.az" veb səhifəsindən istifadə edə bilərsiniz.
Azərbaycanın ilk regional Data Mərkəzi Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartı ilə təltif edilib
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC dünya üzrə yüzdən artıq ölkədə fəaliyyət göstərən və sertifikatlaşdırma xidmətləri göstərən Norveçin "DNV GL" şirkəti tərəfindən həyata keçirilən müstəqil auditin nəticələrinə görə "ISO 27001" Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartına layiq görülüb.Aktivində artıq "ISO 20000" sertifikatı olan "AzInTelecom" "ISO 27001" sertifikatı ilə informasiya təhlükəsizliyini və məlumat mübadiləsinin təkmilləşdirilməsini, eləcə də, idarəçilikdə şəffaflığı stimullaşdıracaq.
Standartın xarakteristikasına əsasən, "AzInTelecom"un Data Mərkəzi və onun texniki imkanları informasiya təhlükəsizliyi standartlarına tam uyğundur. Bu o deməkdir ki, "AzInTelecom"un Data Mərkəzində yerləşdirilən məlumatlar kompleks təhlükəsizliklə təmin olunmaqla yanaşı, (24/7 rejimində fiziki və virtual təhlükəsizlik), sözügedən məlumatlara müştəri tərəfindən çıxış da avtomatlaşdırılaraq beynəlxalq standartlara uyğunlaşdırılıb. Eyni zamanda, beynəlxalq standart və prinsiplər biznes proseslərinin idarə olunmasına da şamil olunub.
"TIER III" beynəlxalq sertifikatına malik "AzInTelecom"un Data Mərkəzində "bulud" texnologiyalarına əsaslanan "İnfrastruktur xidmət kimi" (İaaS) həllər (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, "backup" və digər) təklif olunur. Büdcə xərclərinin optimallaşdırılması və idarəetmənin avtomatlaşdırılmasına yönələn "İaaS" xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün "www.datamerkezi.az" veb səhifəsindən istifadə edə bilərsiniz.
Baxış sayı: 856
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı